Şərəfnamə, fəsil 24
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
سرِ نامه نام جهاندار پاکبرارندهٔ رستنیها ز خاک
بلندیدهِ آسمان بلندگشایندهٔ دیدهٔ هوشمند
جهانآفرین وز جهان بینیازبه هنگام بیچارگی چارهساز
زمین را به مردم برآراست چهرکمر بست گِردَش ز گردان سپهر
نیام زمین را به شمشیر آببرافروخت چون چشمهٔ آفتاب
خداوند بی نسبت بندگینه پیری در او نه پراکندگی
یکی کاو نه مانندهٔ هر یکیستهمهٔ هستی از ملک او اندکیست
قویحجت از هرچه گیری شماربریحاجت از هرچه آید بهکار
مرا و تو را مایه باید نخستکه تا زو بسازیم چیزی درست
هر آنچ آفرید او، به اسباب نیستبه دریافتن عقل را تاب نیست
خرد دانشآموز تعلیم اوستدل از داغداران تسلیم اوست
پر از حکمت و حکم او شد جهانبه حکم آشکارا به حکمت نهان
فرشته پران را برین ساده دشتازو آمدن، هم بدو بازگشت
دل و دیده را روشنایی ازوستمرا و ترا پادشایی ازوست
ز فرمان او نیست کس را گزیرخدای اوست، ما بندهٔ فرمانپذیر
مرا گر کند در جهان تاجدارعجب نیست از بخشش کردگار
تو نیز ای جهاندار پیروزبختنه کز مادر آوردهای تاج و تخت
خدا دادت این چیرهدستی که هستمشو بر خدادادگان چیرهدست
سپاس خدا کن که بر ناسپاسنگوید ثنا مرد مردم شناس
مبادا به هشیاری و بیهشیکسی را ز فرمان او فرمشی
مرا گر خدوند یاری دهدعجب نیست گر شهریاری دهد
توانم که گردنفرازی کنمبه شمشیر با شیر بازی کنم
به تیغ افسر و گاه خواهم گرفتبدین اژدها ماه خواهم گرفت
نخواندی ز تاریخ جمشید شاه؟که آن اژدها چون فرو برد ماه
فریدون بدان اژدها باره مردهم از قوت اژدهایی چه کرد؟
به دارندهٔ آسمان و زمینکزو مایه دارد همان و همین
خدایی کزو هر که آگاه نیستخرد را بدان بیخرد راه نیست
به راه نیاگان پیشین ماکه بودند پیغمبر دین ما
به صُحْف بِراهیم ایزدشناسکزان دین کنم پیش یزدان سپاس
که گر دست یابم بر ایرانیانبرم دین زردشت را از میان
نه آتش گذارم نه آتشکدهشود آتش از دستم آتش زده
چنین رسم پاکیزه و راه راستره ما و رسم نیاکان ماست
برین مشکْ خاشاک نتوان فشاندکه بوی خوش مشک پنهان نماند
کسی راست خرما ز نخل بلندکه بر نخل خرما رساند کمند
به بستان گلی راست گردن فرازکه بویی و رنگی دهد دلنواز
ز گورانْ سرافراز گوری بوَدکه با فحلیاش دست زوری بود
ز شیران همان شیر خونریزترکه دندان و چنگش بود تیزتر
دو شیرِ گُرْسِنهست و یک رانِ گورکباب آن کسیراست کاو راست زور
دو پیلند خرطوم درهم کشانز بردن یکی بُرد خواهد نشان
تو مردی و من مرد وقت نبردبه مردی پدید آید از مرد مرد
من آنگه عنان باز پیچم ز راهکه یا سر نهم یا ستانم کلاه
چه پنداشتی در جهان نیست کس؟جهاندار تنها تو باشی و بس؟
به هر زیر برگی شتابندهایستبه هر منزلی راه یابندهایست
به ماری چو من مُهرهبازی مکننبرد آر و نیرنگ سازی مکن
ز ملک من اقطاع من میدهی؟برات سهیل از یمن میدهی؟
پنیراب دادن نشاید به میشکه یابد درو قطرهٔ خون خویش
مزن بیش از این لاف گردنکشیکه خاکی بهگوهر نه از آتشی
بیارام و تندی رها کن ز دستکه الماس از ارزیز باید شکست
همان شیشهٔ می که داری به چنگنگهدار و مستیز با خاره سنگ
جهانی چنین پُر ز نفط سپیدز طوفانِ آتش نگهدار بید
به آسودگی عیش خوش میگذارجهانجوی را خود به جزیَت چهکار؟
یکی داد باغی به بی توشهایندادش ز باغ آندگر خوشهای
زبونتر ز من صیدی آور به زیرکه چربی نخیزد ز پهلوی شیر
به شاخی چه باید درآویختن؟که نتوان ازو میوهای ریختن؟
تمنای شه آنگه آید به دستکه در روی دریا توان پول بست
چه باید غروری برآراستن؟نه بر جای خویش آرزو خواستن؟
چو بهمن جوانی بران داردتکه تند اژدهایی بیو باردت
زند دیو راهت چو اسفندیارکه با رستم آیی سوی کارزار
چو با دیو دارد سلیمان نشستکند یاوه انگشتری را ز دست
بترس از غلطکاریِ روزگارکه چون ما بسی را غلط کرد کار
حسابی که با خود برانداختیچنان نیست، بازی غلط باختی
عنان باز کش زین تمنای خامکه سیمرغ را کس نیارد به دام
ز زنگی نهای آدمیخوارترنه از بربری مردمآزارتر
ببین تا به هنگام کین گستریچه خون راندم از زنگی و بربری
مدارا کن از کینکشی باز گردکه مردم نیازارد آزاد مرد
نه من بستم اول بدین کین کمرتو افکندی از سله مار سر
به خونریز من لشگری ساختیشبیخون کنان سوی من تاختی
بدان تا بههمبر زنی جای منستانی ز من ملک آبای من
مرا نیز بایست برخاستنکمر بستن و لشگر آراستن
سپه راندن از ژرف دریا برونگشادن به شمشیر دریای خون
تو گر هوشیاری نه من بیخودمهمان هوشیارم همان بخردم
گر افکند بر کار تو بخت نورمن از بختیاری نیام نیز دور
جهان گر تو را داد کاری بهدستمرا نیز دستی در این کار هست
تو را تاج یاور مرا تیغ یارمنم تیغزن گر تویی تاجدار
مزن تکیه بر مسند و تخت خویشکه هر تخت را تختهای هست پیش
مبین گنبد کوه را سنگبستمگو سنگ را کی درآید شکست
چو آرد زمینلرزه ناگه نبردبرآرد به آسانی از کوه گرد
چو دوران ملکی به پایان رسدبدو دست جوینده آسان رسد
جهان چون نباشد به جان آمدهمنی و تویی در میان آمده
جز این از منت هیچ واخواست نیستکه در یک ترازو دو من راست نیست
به همسنگیِ خود مرا بر مسنجکه از اژدها بهمن آمد به رنج
گرم سنگ و آبی نهی در جوابچو کوه افکنم سنگ خود را در آب
زره پوشم ار تیغ بازی کنیکمر بندم ار صلح سازی کنی
به هرچه آن نمایی تو از گرم و سردپذیرندهام ز آشتی و نبرد
بیا تا چه داری ز شمشیر و جامکه دارم درین هر دو دستی تمام
جهاندار چون نامه را کرد گوشدماغش ز گرمی درآمد بهجوش
فرستاد و بر جنگ تعجیل جُستسکندر نیامد در آن کار سست
در آورد لشگر به پیکار تنگبر آراسته یک به یک ساز جنگ
چو دارا خبر یافت کان اژدهانخواهد پی شیر کردن رها
بجنبید جنبیدنی باشکوهچو از زلزله کالبدهای کوه
رسیدند لشگر به لشگر فراززمانه درِ کینه بگشاد باز
زمینِ جزیره که او موصل استخوش آرامگاهست و خوش منزلست
مصاف دو خسرو در آن مرز بودکز آشوبشان کوه در لرز بود
هنوز ار بجویند از آن خسروانتوان یافتن در زمین استخوان
“Anaram Tanrını, Haqq qüdrətini,Torpaqdan yaradır hər göyərtini,
Bu uca göylərə ülviyyət saçan,Ağıllı kimsənin gözünü açan,
Dünyanı yaradan hər şeydən qəni,Kimsəsiz kimsənin kömək edəni,
Dünyaya insanla verdi yaraşıq,Göyləri yerlərə bağladı artıq.
Suyun qılıncına yer oldu qılaf,Günəş çeşməsitək parlatdı şəffaf.
Bəndəlikdən uzaq o pərvərdigar,Onda nə pozulmaq, nə qocalmaq var.
Ona şahiddir hər gözə görünən,Varlıqlar hissədir onun mülkündən.
Hər varlıq isbata möhkəm bir dəlil,Dünyada bir şeyə o möhtac deyil.
Bir şeyi yaratmaq istərsən, əlbət,Sənə də, mənə də gərəkdir alət.
O hər şey yaradır, lakin alətsiz,İdraka bu ağlın gücü yox hərgiz.
Hər ağıl Tanrıdan öyrənir bilik,Ürəklər tilsimdir, edər bəndəlik.
Hökmü, hikmətiylə doludur cahan,Hökmdə aşkardır, hikmətdə nihan.
Bu sadə səhradan uçuşan ruhlarOndan gəlmiş, yenə ona qayıdar.
Hər qəlbə, hər gözə ondandır işıq,Mənə də, sənə də o verdi şahlıq.
Hər varlıq, hər yoxluq onun hökmündə,O ulu Tanrıdır, biz kiçik bəndə.
Bəxşişi bol olan bu PərvərdigarƏcəbmi məni də etsə tacidar?
Söylə, ey şəhriyar, ey bəxti uca,Anandan çatdınmı bu taxta, taca?
Sənə də şahlığı vermiş Yaradan,Hər verən şeylərə baxma ucadan,
Nemətə xor baxmaq olmaz, tacidar!Xor baxan bəndəni sevməz bir dindar.
Dünyada sərxoş da, huşyar da olsan,Əmrindən boynunu qaçırma bir an.
Pənahım olursa o Pərvərdigar,Əcəbmi məni də etsə tacidar?
Böyüklük etməyi bacarram mən də,Qılınc oynadaram aslan önündə.
Qılıncla təxtü tac ala bilərəm,Ayı da kəməndə sala bilərəm.
Cəmşid tarixini oxu bir daha,O ayı gör necə uddu əjdaha.
Haman əjdahaya sonra FiridunƏjdaha gücüylə açdı nə oyun?!
And olsun yer-göyü quran TanrıyaKi, ondan bu yer-göy almışdır maya.
Tanrıdan bir kimsə tutmasa xəbər,Demək, yox başında şüurdan əsər.
And olsun keçmişin rəhbərlərinə,Bizim dinimizin Peyğəmbərinə,
And olsun İbrahim qoyan sühüfə,O dinçin Tanrıya şükür min dəfə.
O İran xalqına əl taparsam mən,Silərəm Zərdüştün dinini yerdən.
Nə atəş qoyaram, nə atəşgədə,Odlar da şölədən yanar bu dərdə.
Bu gözəl mərasim, bu ayin, bu yol,Ulu babalardan qalmış, əmin ol!
Bu müşkün qoxusu duyulmamaqçin,Onu çör-çöp ilə gizlətmək neçin?
Xurma ağacına kəməndi atan,Əlbəttə, yeyəcək xurmanı asan.
O gülün bostanda başı yüksəlirKi, gözəl rəngi var, həm saçır ətir.
Bilsə ki, mərdliyi, qol qüvvəti var,O zaman başını maral dik tutar.
Aslanlar içində odur ən vəhşi:Pəncəsi itidir, kəskindir dişi.
Bir maral budu var, iki ac aslan,Kababı kim yeyər? Ən güclü olan!
İki fil xortumu çarpışır, demək,Bunlardan ən güclü üstün gələcək.
Mən meydan əriyəm, sən də bir kişi,Meydanda seçilir hər mərdin işi.
Bu yoldan o zaman çəkərəm yüyən,Ya külah qaparam, ya ölərəm mən.
Sandın səndən başqa yoxdur bir nəfər,Ancaq bir sənsənmiş dünyada sərvər?!
Hər yarpaq altında təlaş edən var,Hər mənzil başına bir yol gedən var.
Bu müdhiş ilanla şətrənc oynama,Qarşı çıx, hiyləylə bunca qaynama!
Öz mülkümdən mənə iqta göstərmə,Süheylə baratı Yəməndən vermə!
Qoyuna verilməz dələmə suyu,Onda öz qanı var, görəcək bunu.
Qürurla bu qədər olma gərdənkəş,Torpaqdan yarandın, deyilsən atəş.
Gəl burax bu kini, islaha yanaş,Qalaydan pozulur almaz kimi daş.
Bir qab şərabın var, saxla can-başla,Sındırarsan onu, çarpışma daşla.
Unutma, neft ilə doludur cahan,Söyüdü qoru bu odlu tufandan.
Xoş keçdi, ələ al nuş ilə eyşi,Xəracla cahanda şəxsin nə işi!
Biri yoxsuldan bağ əsirgəməmiş,O biri verməmiş bağından yemiş.
Get, elə bir ov tap zəifdir məndən,Yağ çıxmaz sənə bu aslan böyründən.
Heç mümkün deyilsə meyvəni dərmək,Budaqdan asılmaq nəyinə gərək.
O zaman arzuna yetişərsən sən,Körpü sala bilsən böyük dənizdən.
Bir düşün, bu qədər qürur nə gərək!Bəsləyirsən əbəs baş tutmaz dilək.
Bax, gənclik nə yola çəkdi Bəhməni,Qorx bu əjdahadan ki, dişlər səni!
Yolunu div vurar İsfəndiyartək,Rüstəmlə döyüşə çıxasan gərək!
Divlərlə oturub-dursa Süleyman,Qalmaz barmağında üzüyü, inan!
Çalış bu dünyada səhv eyləmə sən,Çox bizim kimilər yanmış səhvindən.
Özünə verdiyin hesab düz deyil,Bu yanlış oyunu uduzdun, çəkil!
Nədir bu xam xəyal, bu xam tərpəniş?Simurğu toruna kim sala bilmiş?
Zəncidən deyilsən daha adamcıl,Bərbərdən igidmi çıxdın sən, ayıl!
Kin ilə döyüşə başlayınca mənNə qədər qan tökdüm zənci, bərbərdən.
Qayıt bu kinindən artıq, yetişər,İnsanı incitməz azad kişilər.
Öncə sən bağladın kin mənə qarşı,İlk səndən göründü ilanın başı.
Ordunu sazladın qan içsin deyə,Üstümə gəlirsən basqın etməyə.
Ölkəmə salırsan min fitnə, min kin,Atamın mülkünü almaqdır fikrin.
Mənə də gərəkdir yığaraq əsgərBelimə bağlayım hərb üçün kəmər,
Ordumla bu dərin dənizdən aşmaq,Qılıncımla bir qan dənizi açmaq.
Sanma mən sərxoşam, sən ayıq, huşyar,Mənim də başımda ağlım, huşum var.
Taleyin gününü edibsə parlaq,Mən də xoşbəxtlikdən deyiləm uzaq.
Sənə iş vermişsə köhnə ruzigar,O işdə mənim də məharətim var.
Səndə tac vardırsa, məndə qılınc var!Güvənmə taxtına sən, ey tacidar!
Hər taxtın önündə bir də tabut var,Güvənmə ki, dağlar çəkmiş daş hasar,Elə zənn etmə ki, qırılmaz daşlar.
Döyüş zamanında işlərkən əllərDağlardan toz qopar, titrər təməllər.
Bu dünya mülkünün gəlincə sonuAsanca mənimsər axtaran onu.
Çıxarkən bir sənlik, mənlik ortaya,Ah, necə doymasın cana bu dünya?!
Bilirəm, bax, budur fikrinin canı:Tutmaz bir tərəzi iki batmanı.
Məni öz daşınla gəl çəkmə daha,Bəhməni bununçun vurdu əjdaha.
Cavabda daş, dəniz atsan ortaya,Dağ kimi daşımı ataram suya.
Mən də zirehpuşam, qılınc oynatsan,Sülhə də razıyam, sülhə əl atsan.
Gövhərdən, qılıncdan, nəyin var, çıxar,Mənim də bunlarda məharətim var”.
Elə ki məktubu Dara dinlədi,Dimağı alışdı, kinlə inlədi.
Durmadan topladı qədərsiz əsgər,Daradan qalmadı geri İskəndər.
Ortaya çıxardı güclü bir ordu,Silahdan onlara yaraşıq vurdu.
Dara anladı ki, qızmış əjdaha,Aslanın izini buraxmaz daha.
Elə bir şövkətlə qalxdı yerindən,Dağlar da sarsıldı öz təməlindən.
Nəhayət, gəldilər qarşı-qarşıya,Kinin qapısını açmışdı dünya.
Cəzirə ki, Musil adlı ölkədir,Səfalı bir yerdir, xoş düşərgədir,
Bu yerdə toqquşdu iki tacidar,Dəhşətdən, vəhşətdən titrədi dağlar,
Çarpışan şahlardan əsər axtarsan,İndi də o yerdə sümük taparsan.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-24
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aydın düşüncəli alim Ərəstu.Böyük tacidara səna oxudu,
İqbalnamə, fəsil 21Alim Valis dedi: "Padşah hər zamanBu qoca dünyada yaşasın cavan!
İqbalnamə, fəsil 22Bilici Bəlinas təzim elədi,Torpağı öpərək hörmətlə dedi:
İqbalnamə, fəsil 23Sokratın növbəti yetişən zamanSanki xurma yağdı yerə ağacdan,