Şərəfnamə, fəsil 23
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بنام بزرگ ایزدِ دادبخشکه ما را ز هر دانش او داد بخش
خداوند روزیده دستگیرپناهنده را از درش ناگزیر
فروزندهٔ کوکب تابناکبه مردم کنِ مردم از تیره خاک
توانا و دانا به هر بودنیگنه بخش بسیار بخشودنی
از او هر زمان روح را مایهایخرد را دگرگونه پیرایهای
یکی را چنان تنگی آرد به پیشکه نانی نبیند در انبان خویش
یکی را بهدست افکند کوه گنجنسنجیدههایی دهد کوهسنج
نه آن کس گنه کرد کان رنج یافتنه سعییی نمود آنکه آن گنج یافت
کند هرچه خواهد بر او حکم نیستکه جان دادن و کشتن او را یکیست
نشاید سر از حکم او تافتنجز او حاکمی کی توان یافتن
درود خدا باد بر بندهایکه افکنده شد با هر افکندهای
چه سود است کاین قوم حقناشناسکنند آفرین را به نفرین قیاس؟
به جایی که بدخواه خونی بودتواضع نمودن زبونی بود
نکو داستانی زد آن شیر مستکه با زیردستان مشو زیردست
تو ای طفل ناپختهٔ خامرایمزن پنجه در شیر جنگآزمای
به هم پنجهای با منت یار کو؟سپاهت کجا و سپهدار کو؟
چو کژدم تویی مارخویی کنیکه با اژدها جنگجویی کنی
اگر کردی این خوی ماران رهاوگر نی من و تیغ چون اژدها
چنانت دهم مالش از تیغ تیزکه یا مرگ خواهی ز من یا گریز
به رخشنده آذر به استا و زندبه خورشید روشن به چرخ بلند
به یزدان که اهریمنش دشمن استبه زردشت کاو خصم اهریمن است
که از روم و رومی نمانم نشانشوم بر سر هر دو آتشفشان
گرفتم همه آهن آری ز رومدر آتشگه ما چه آهن چه موم
ز رومی چه برخیزد و لشگرشبه پای ستوران برم کشورش
گر آری به خروارها درع و ترگکجا باشدت برگ یک بید برگ؟
مگر تیر ترکان یغمای مننخوردی که تندی به غوغای من؟
سری کاو که سربخش دارا کنیبه ار پیش دارا مدارا کنی
کمان بشکنی، پر بریزی ز تیرزره در نوردی، بپوشی حریر
وگرنه چنانت دهم گوشپیچکه دانی که هیچی و کمتر ز هیچ
حذر کن ز خشم جگر جوش منمباش ایمن از خواب خرگوش من
به خرگوش خفته مبین زینهار!که چندان که خسبد، دود وقت کار
توانم که من با تو ای خامخویکنم پختگی، گردم آزرمجوی
ولیک آن مثل راست باشد که شاهبه ار وقت خواری درافتد به چاه
بده جزیت، از ما ببَر کینه راقلم در مکش رسم دیرینه را
نشاید همه ساله گرگینه دوختخر و رشته یکبار باید فروخت
مزن رخنه در خاندان کهنتو در رخنه باشی دلیری مکن
به جایی میاور که جنبم ز جایندارد پر پشه با پیل پای
به ملکِ خداداده خرسند باشمکن ز آهنین چنگ شیران تراش
کلاغی تک کبک در گوش کردتک خویشتن را فراموش کرد
بساز انجمن کهانجم آمد فرازفرشته در آسمان کرد باز
ندانم که دیهیم کیخسرویز فرق که خواهد گرفتن نوی
زمانه که را کارسازی کندستاره به جان که بازی کند
ز خاکی که بر آسمان افکنیسر و چشم خود در زیان افکنی
منم سر، دگر سروران پای و دستسر خویشتن را چه باید شکست؟
طپانچه بر اعضای خود میزنیتبر خیره بر پای خود میزنی
غرور جوانی بران داردتکه گردن به شمشیر من خاردت
خلافم نه تنها تو را کرد پستبسا گردنان را که گردن شکست
مرا زیبد از خسروان عجمسر تخت کاووس و اکلیل جم
به سختیکشی سخت چون آهنمکه از پشت شاهانِ رویینتنم
ز باران کجا ترسد آن گرگ پیرکه گرگینه پوشد به جای حریر
ز دارنده نتوان ستد بخت رانشاید خرید افسر و تخت را
گر اسفندیار از جهان رخت بردنسبنامه من به بهمن سپرد
وگر بهمن از پادشاهی گذشتجهان پادشاهی به من بازگشت
به جز من که دارد گه کارزار؟دل بهمن و زور اسفندیار؟
به من میرسد بازوی بهمنیکه اسفندیارم به رویینتنی
نژاده منم دیگران زیردستنژاد کیان را که یارد شکست؟
در اندازهٔ من غلط بودهایبه بازوی بهمن نپیمودهای
خداوند ملکم به پیوند خویشمشو عاصی اندر خداوند خویش
پشیمان کنون شو که چون کار بودندارد پشیمانی آنگاه سود
جوانی مکن گرچه هستی دلیرمنه پای گستاخ در کام شیر
درشتی رها کن به نرمی گرایز جایم مبر تا بمانی به جای
به تندی به غارت برم کشورتبه خواهش دهم کشور دیگرت
من از ساکنی هستم آن کوه سنگکه در جنبش آهسته دارم درنگ
مجنبان مرا تا نجنبد زمینهمین گفتمت باز گویم همین
چو خواننده نامهٔ شهریاربپرداخت از نامهٔ چون نگار
سکندر بفرمود کارد شتابسزای نوشته نویسد جواب
دبیر قلمزن قلم برگرفتهمه نامه در گنج گوهر گرفت
جوابی نبشت آنچنان دلپسندکه بوسید دستش سپهر بلند
چو سر بسته شد نامهٔ دلنوازرساننده را داد تا برد باز
دبیر آمد و نامه را سر گشادز هر نکته صد گنج را درگشاد
فرو خواند نامه ز سر تا به بنبرآموده چون در سخن در سخن
“İnsanı biliklə daim ucaldan,Ən adil, ən böyük Tanrı adından.
Elə bir Tanrı ki, əl tutar, bəslər,Tək ona sığınar çarəsiz kəslər.
İşıqlı ulduzu göydə parladır,Bu qara torpaqdan insan yaradır.
Hər işdə bilikli, güclü, bacaran,Müstəhəqq olanın keçir suçundan.
Hər ruha ondadır hərarət, işıq,Hər əqlə o verir qüvvət, yaraşıq.
Birinə dövranı tutur elə təng,Təknədə tapmayır bir parça çörək.
Birinə dağ kimi xəzinə verər,Çəkidə dağ olmaz ona bərabər,
Nə yoxsul suçundan çəkmiş bir ziyan,Nə hunər göstərmiş xəzinə tapan.
Nə istərsə onun əlindən gəlir,Yaratmaq, öldürmək onunçun birdir.
Hökmündən olurmu qurtarmaq yaxa?Bir hakim tapılmaz ona tay çıxa.
Olsun haqq salamı elə bəndəyəAcizlik göstərir aciz kimsəyə.
Nə fayda nakəsə demək afərin,Sanar afərini böyük bir nifrin.
Düşmənin olsa qan içən zülmkar,Nəzakət göstərsən acizlik sanar.
Xoş məsəl vurmuşdur igid bir kimsə:“Əlaltı olma bir əlaltı şəxsə”.
Sən, ey xam fikirli, sınaqsız uşaq,Aslanla çarpışma, inadı burax,
Mənimlə döyüşdə zor pəncən hanı?Köməyin, qoşunun, sərkərdən hanı?
Səndə əqrəb, ilan xasiyyəti var,Nəhənglə döyüşə yoxsa kim çıxar?
Əjdaha qılıncım məhv edər səni,Gəl burax bu ilan təbiətini!
Üstünə qılıncla kükrəsəm, yəqin,Ya ölüm, ya qaçmaq olar qismətin.
And olsun atəşə, “Avest”ə, “Zənd”ə,And olsun Günəşə, göy çəmbərində,
And olsun yəzdana, uca behiştə,Əhrimən düşməni olan Zərdüştə.
Rumdan və Yunandan qoymaram əsər,Başına yağdırram atəş, müxtəsər.
Rumlular sərasər geysə də dəmir,Atəşgədəmizdə mum, dəmir birdir.
Nə çıxar rumludan, rum əsgərindən,Atların nalında məhv olar ölkən.
Əgər Rum üstünə çəksəm ordular,Tozundan Günəşin gözü kor olar.
Ey Rumun ağası, budur məsləhət:Daraya edəsən zəncitək xidmət.
Xalvarla çıxarsan geyimlə qalpaq,Bir oxa dayanmaz, inadı burax.
Qarətçi ordumun oxundan məgər,Yemədin, üstümə çəkirsən ləşgər?
Varmıdır Daraya verəcək başın?Mənimlə keçin, bu fikrindən daşın.
Yayı qır, oxundan çıxar yeləyi,Zirehi qatla, gey zərif ipəyi.
Yoxsa qulağını buran zaman mən,Bilirsən ki, heçsən, heçdən də heçsən!
Qorx ürək çeynəyən oxumdan mənim!Sevinmə bu dovşan yuxumdan mənim!
Hər yatan dovşana xor baxma, zinhar!Tərpənsə, yerindən ox kimi uçar.
Bacarram səninlə edim xoş rəftar,Həddini aşanı döyməmək olar.
Lakin bir məsəl var: “Şah olsa zəlil,Quyudur məskəni, Yer üzü deyil”.
Vergi ver, kini sil, qoy işə qədəm,Köhnə ayinlərə, gəl, çəkmə qələm.
Hər il nə gərəkdir yeni kürk tikmək,Noxtayla bir yerdə satılır eşşək.
Köhnə xanədana rəxnə vurma gəl,Bununla açarsan başına əngəl!
Məcbur etmə məni qalxım yerimdən,Mən böyük bir filəm, sən bir çibinsən!
Sevin ki, haq sənə vermiş dövlət, var,Aslan pəncəsindən alınmaz şikar!
Bir qarğa kəkliktək səkdi bir zaman,Öz yerişi belə çıxdı yadından.
Məclis qur, ulduzlar nur verdi yerə,Firiştə qapını açmış göylərə.
Keyxosrovun tacı səadət arar,Bilmirəm kim kimin başından qapar?
Bu köhnə zəmanə kimə olar yar?Ulduzlar kim ilə olar vəfadar?
Bu göyə atdığın tozdan, torpaqdanMənə yox, özünə yetişər ziyan.
Baş mənəm, başqalar mənə əl-ayaq,Nə gərək başını boş yerə qırmaq?
Öz sillən toxunar öz yanağına,Baltanı vurarsan öz ayağına.
Gənclik qüruruyla şaşmaq əbəsdir,Qəmənlə boynunu qaşıma, bəsdir!
Qılıncım tək sənə açmamış oyun,Saysız dik başlardan qoparmış boyun.
Mənimlə munisdir şahların baxtı,Cəmşidin əklili, Kavusun taxtı.
Bərkliyi çəkməklə dəmir, poladam,Ruyintəndir mənim şöhrətli babam.
Yağışdan qorxarmı qocaman qurdlar?Onların ipək yox, dəri kürkü var.
Bəxtiyar kimsənin alınmaz bəxti,Satın almaq olmaz tac ilə taxtı.
İsfəndiyar köçmüş dünyadan əgər,Nəsəbin yetişər Bəhmənə qədər.
Bəhmən də şahlığı atdığı zamanDünyaya mən oldum böyük hökmüran.
Məndədir Bəhmənin aslan ürəyi,Həm İsfəndiyarın polad biləyi.
Onlardan yadigar bu gün mənəm, mən!Zorda İsfəndiyar, ürəkdə Bəhmən!
Kəyan nəslindənəm, mən yenilmərəm,Başqalar əlaltı, tək əsil mənəm!
Böyük səhv etmisən məni ölçərkən,Bəhmən qüvvətiylə ölçməmişsən sən,
Babamın mülkünün sahibiyəm mən,Gəl öz sahibinə üsyan etmə sən.
Tutduğun işlərdən tez ol peşiman,Düşün ki, bir fayda verməz sonradan!
Çox igid olsan da, qızışma ancaq,Aslanın izinə, gəl basma ayaq!
Gəl etmə qabalıq, həlim ol, yumşal!Oynatma yerimdən, öz yerində qal!
Yurdunu talaram, kini tərpətsən.Ölkələr verərəm bir rica etsən.
Dağ kimi ağıram, mətanətliyəm,Hökmümdə amansız, həm də qətiyəm.
Sən məni tərpətmə, tərpənər dünya,Bir kərə demişəm, dedim bir daha!”
Dara məktubunu şaha oxuyanKəskin sözlərini edincə bəyan,
İskəndər əmr etdi: “Oynasın əlin!Ona bir cavab yaz bundan da kəskin”.
Katibi qələmlə göstərdi hünər,Məktubu bəzədi hər çeşid gövhər.
Yazdı bu məktubu elə sənətlə,Fələklər əlini öpdü hörmətlə.
Dəyərli məktubun başı qapandı,Naməni alaraq qasid yollandı.
Daranın katibi məktubu açdı,Hər rəngin nüktədən yüz gövhər saçdı.
Oxuyub gördü ki, gövhərdir hər söz,Düzdüyü dürlərdən ayrılmayır göz.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-23
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey saqi, dayanma, qədəhi gətir!Qədəhsiz şənlənmək mümkün deyildir.
Şərəfnamə, fəsil 63Saqi, ay işıqlı camı ver mana!Padşahın taxtını öpmək adına,
İqbalnamə, fəsil 1Harda ki, ağıl bir xəzinə tapar,Allahın adını eyləyər açar.
İqbalnamə, fəsil 2Bəndəyə əl tutan sənsən, ilahi,Yoxdur səndən başqa onun pənahı.
Başqa şairlərin şeirləri
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.