بیا ساقی آن آتش توبه‌سوزبه آتش‌گه مغز من بر‌فروز

Dur, tövbə yandıran odu al, saqi,Başıma o meylə atəş sal, saqi!

به مجلس‌فروز‌ی دلم خوش بوَدکه چون شمع بر فرقم آتش بود

Xoşdur bu məclisdə parlasın Günəş.Şam kimi başımda yansın bu atəş.

خردمند را خوبی از داد اوستپناه خدا ایمن‌آباد اوست

Aqillər kam alır yaxşılıqlardan,Tanrı köməyinə sığınır hər an.

کسی کاو بدین ملک خرسند نیستبه نزدیک دانا خردمند نیست

Ədalət mülkündən kim üz çevirsə,Ona aqil deməz ağıllı kimsə.

خرد نیک‌همسایه شد‌، آن بدستکه همسایهٔ کوی نابخرد‌ست

İnsana bu ağıl gözəl qonşudur,Heyif ki, pislərlə oturur, durur.

چو در کوی نا‌بخرد‌ان دم زنیبه ار داستان خرد کم زنی

Ağılsız kəslərlə oturub-duran,Ağıldan, şüurdan deməsin dastan.

دراین ده کسی خانه آباد کردکه گردن ز دهقانی آزاد کرد

Koxanın əlindən olanlar azadBu kənddə ev tikib düzəldər abad.

تو نیز ار نهی بار گردن ز دوشز گردن زنان برنیاری خروش

Sən də bu yükünü boynundan atsanQorxmazsan hər alçaq boyun vurandan.

چو دریا به سرمایهٔ خویش باشهم از بود خود سود خود بر‌تراش

Ancaq öz varınla ol çoşğun ümman,Götür öz faydanı öz varlığından.

به مهمانی خویش تا روز مرگدرختی شو از خویشتن ساز برگ

Özünə ölüncə özün ol qonaq,Ağac ol, özündən doğur qol-budaq.

چو پیله ز برگ کسان خورد گازهمه تن شد انگشت و قی کرد باز

Yedi özgə malın barama qurdu,Nazildi barmaqtək, yediyin qusdu.

گزارنده‌تر پیری از موبدانگزارش چنین کرد با بخردان

Ən qoca bir möbid rəvayət edir,Ağıllı kəslərə hekayət edir:

که چون شاه روم آمد آراستههمش تیغ در دست و هم خواسته

Rum şahı gedirdi böyük şövkətlə,Qılıncla, qoşunla, varla, dövlətlə.

خبر گرم شد در همه مرز و بومکه آمد برون اژدهایی ز روم

Hər yerə yayıldı bu qızğın xəbər:Rum elindən gəlir qorxunc bir əjdər.

به پرخاش دارا سر افراختههمه آلت داوری ساخته

Daranın məhvinə hazırlanaraqHər çeşid silahla qaldırmış bayraq.

جهان را بدین مژده نوروز بودکه بیداد دارا جهان‌سوز بود

Bu xəbər bayramtək sardı hər yanı,Çünki yaxmış idi Dara dünyanı.

ازو بوم و کشور به یکبارگیستوه آمدند از ستمکار‌گی

Bir sözlə, məmləkət, əhali, ölkəZalimin əlindən gəlmişdi təngə.

ز دارا پرستی منش خاستهبه مهر سکندر بیاراسته

Daraya hər ölkə bəslərdi nifrət,İskəndərə isə məhəbbət, hörmət.

چو دارای دریادل آگاه گشتکه موج سکندر ز دریا گذشت

Bu işdən Daraya verdilər xəbər,Dənizdən dalğatək keçdi İskəndər.

ز پیران روشن‌دل رای زنبرآراست پنهان یکی انجمن

Sınaqlı kəsləri çağırdı Dara,Ağıllı başlardan istədi çara.

ز هر کاردانی برای درستدر آن داوری چاره‌ای باز جست

Nə sayaq girişsin düşmənlə hərbə,Düşmənə nə sayaq çalsın qələbə?

که بدخواه را چون درآرد شکستبد چرخ را چون کند باز بست

Nə tədbir göstərir qoca rəhbərlər?Döyüşdə basılsın rumlu İskəndər.

چه افسون درآموزد از رهنمونکه آید ز کار سکندر برون

Görmüşdür yenərkən düşmən ordunu,Döyüşün taleyi qorxutdu onu.

چو در جنگ پیروزیش دیده بودز پیروز جنگیش ترسیده بود

Dərdinə bir çarə demədi bir kəs,Kimsədən çıxmadı bu barədə səs.

نکردش در آن کار کس چاره‌اینخوردش غمی هیچ غمخواره‌ای

O məclis bilirdi, Dara sərkəşdir,Yaxmaqda amansız, qızğın atəşdir.

چو دانسته بودند کاو سرکش استبه سوزندگی گرم چون آتش است

Kimsənin sözünü tutmaz, dinləməz,Onunçun durmuşdur dinməz-söyləməz.

سخن‌های کس درنیارد به گوشدر آن کار بودند یکسر خموش

Məclisdə vardı bir adlı pəhləvan,Həsəbi, nəsəbi, Zəngə-Şaviran.

به تخمه در از زنگه شاورانسری بود نامی ز نام آوران

Adı Fəribərzdi, gövdəsi bir dağ,Vücudu poladdı, qolu bir çomaq.

فریبرز نامی که از فر و برزتن جوشنش بود و بازوی گرز

Məclisə çağrılmış bu igid kişiGözəlcə bilirdi bütün keçmişi.

به بیعت در آن انجمن گاه بودز احوال پیشینه آگاه بود

Daranın taxtına etdi çox səna:Uğurlu məclisin yar olsun sana,

ثنا گفت بر گاه و بر بزم شاهکه آباد باد از تو این بزمگاه

Dünyada hər zaman anılsın adın,Fələk dövr etdikcə gülsün muradın.

مبادا تهی عالم از نام توهمان جنبش دور از آرام تو

Keçmişdə eşitdim ulu babamdan,Nəsihət yolunda etmişdi bəyan.

گذشته نیای من از عهد پیشچنین گفت با من در اندرز خویش

Keyxosrov dünyadan edərkən səfərCavahir camından vermişdi xəbər.

که چون کرد کیخسرو آهنگ غارخبر داد از آن جام گوهر نگار

Yaxın bir zamanda dövlətin taxtıAlçalar və sönər ulduzu, baxtı,

که در طالع زود ما‌‌، تا نه دیرفرود آید اختر ز بالا به زیر

Rum elindən çıxar müdhiş bir sərkəş,Hər atəşkədəyə vurar bir atəş.

برون آید از روم گردن‌کشیزند در هر آتشکده آتشی

Bu İran büsbütün mal olar ona,Qürurla oturar Kəyan taxtına.

همه ملک ایران بدست آوردبه تخت کیان برنشست آورد

Durmaz bir ölkədə, cahan fəth edər,Bir zaman özü də məhv olub gedər.

جهان گیرد و هم نماند به جایسرانجام روزی درآید ز پای

Həmən şəxs olmasın rumlu İskəndər?Bu düşmən olursa, ondan et həzər.

مبادا که این مرد رومی نژاددر آن قالب افتد که هرگز مباد

Adını buza yaz, bizim torpağa,Qoyma bu düşməni ayaq basmağa.

به ار شاه بر یخ زند نام اونیارد در این کشور آرام او

Ondan bu ölkəmiz görməsin ziyan,Xəzinə yolunda yoxsul verər can.

نباید کزو دولت آید به رنجکه مفلس به جان کوشد از بهر گنج

Bir hiylə qurmalı, itaət etsin,Yalnız Rum mülkünə qənaət etsin.

فریبی فرستد که طاعت کندبه یک روم تنها قناعت کند

Xoş hiylə acıqdan xoşdur hər zaman,Su səpmək yaxşıdır atəş yaxmaqdan.

فریب خوش از خشم ناخوش بهستبرافشاندن آب از آتش بهست

Hər zaman qolunun gücünü yoxla,Tərəzi gözünü bərabər saxla.

مکن تکیه بر زور بازوی خویشنگهدار وزن ترازوی خویش

Elə iş görmə ki, doğsun sənə kin,Dəmirə tez təsir etsin sükahin.

بر آنش میاور که کین آوردسکاهن بر آهن کمین آورد

Aslanlıq heybəti getsə aslandanBaşını bir qatır əzər o zaman.

اگر سهم شیری بیفتد ز شیرحَرون‌اَستری مغزش آرد به زیر

Dünyanı namusla olur saxlamaq,Onunla ucalır dövlət və bayraq.

به ناموس شاید جهان داشتنو زان جاست رایت برافراشتن

Baş qoşma onunla, iş keçər, gedər,Dara rütbəsilə böyüklük edər.

برون آرش از دعوی همسریکزین پایه دارا کند سروری

Qızıl öz vəznini versə arpayaQızıl qiymətiylə çıxar ortaya.

هر آن جو که با زر بود هم عیاربه نرخ زر آرندش اندر شمار

Çox zaman yırtıcı qızğın bir aslanTorpağa sərilir incə tikandan.

بسا شیر درندهٔ سهمناککه از نوک خاری درآید به خاک

Əqrəblə bağlasan düşmən kimi kin,Baxma çox ucadan, olma çox əmin.

چو با کژدمی گرم کینی کنیمبین خردش ار خرده بینی کنی

Neştərli çibindən gəl qorun sən də,Nəmruda əmr etdi: “Mənə ol bəndə!”

بیندیش از آن پشهٔ نیش دارکه نمرود را گفت سر پیش دار

O şəxsə ram olmuş dünya əzəldən,Döyüşdə mərdliyi verməmiş əldən.

جهان آن کسی راست کاندر نبردپی مرد بگذاشت بر هیچ‌مرد

Tox ilə ac kabab yesə bir yerdə,Tox adam kababdan düşəcək dərdə.

گرسنه چو با سیر خاید کباببه فربه‌ترین زخمی آرد شتاب

Hətta öz qadının, övladın olsa,Parçalar, ortaqlı paltarın varsa.

نه بیگانه‌‌، گر هست فرزند و زنچو هم‌جامه گردد‌، شود جامه‌کن

Oğlunun boyuna gəlsə paltarın,Məhəbbət gözləmə, gedəcək varın.

چو شد جامه بر قد فرزند راستنباید دگر مهر فرزند خواست

Olduqca boy atsa yeni bir fidan,Sərv ondan, şübhəsiz, görəcək ziyan.

چو بالا برآرد گیاه بلندسهی سرو را باشد از وی گزند

Yaramaz böyüklər sözündən qaçmaq,Ağıllı sözlərə çevirmə yarpaq!

ز پند بزرگان نباید گذشتسخن را ورق در نباید نوشت

Dünyanı təcrübə etdikcə bir-bir.Söylənən bu sözlər bilərsən nədir!

که چون آزموده شود روزگاربه یاد آیدت پند آموزگار

Nəsihət eşitsə çarə arayanDərdinə bir açar tapar hər zaman”.

سگالش‌گری کاو نصیحت شنیددَرِ چاره را در کف آرد کلید

Daranın ağıllı pirin sözündənHeyrətli şimşəklər çaxdı gözündən.

شه از پند آن پیر پالوده‌مغزهراسان شد از کار آن پای‌لغز

Ancaq söndürmədi o, qızğın kini,Çox alçaq göründü sülhün ayini.

ولیکن نکشت آتش گرم رابه سر کوچکی داشت آزرم را

Qocanın sözündən sarsıldı bir an,Torpaqda qıvrıldı sanki bir ilan.

شد از گفتهٔ رایزن خشمناکبپیچید چون مار بر روی خاک

Qaşları çatıldı, heyrətə gəldi,Qəlbində kin coşdu, gözü bərəldi.

گره برزد ابروی پیوسته راگشاد از گره چشم در بسته را

Aslan kimi baxdı qocaya birbaş,Qorxudan vəznini itirərdi daş:

درو دید چون اژدها در گوزنبه چشمی که دور افتد از سنگ وزن

“Kövrək bir dəmirçi gördün məndə sən?Ondakı poladı bəyəndin nədən?

که در من چه نرم آهنی دیده‌ایکه پولاد او را پسندیده‌ای

Qüvvətli söz açma hey nədir bu Rum!Odlu dağ yolunu bağlamaz bu mum.

نمایی به من مردی اهل رومره کوه آتش برآری به موم

Şahinlər güllənsə kəkliklər coşsa,Şahinlər şahini batmazmı yasa?

عقابان به بازی و کبکان به جنگسر باز‌بازان درآرد به ننگ

O kimdir hərb üçün bağlayım kəmər,Min kəmərbəstəm var ondan mötəbər.

چه بندم کمر در مصاف کسیکه دارم کمر بسته چون او بسی

O miskin qorxağın gördüyü hünər,Aslana naz edən ceyrana bənzər.

دلیر‌ی کند با من آن نا‌دلیرچو گور گرازنده با شرزه شیر

Şahların tacında qızıl tacam mən,Namərdəm, qorxsam bir rumlu miskindən!

سرش لیکن آنگه در آید ز خوابکه شیر از تنش خورده باشد کباب

O, qafil yuxudan ayılan zamanŞişə çəkmiş olar ətini aslan.

بود خایهٔ مرغ سخت و گراننه با پتک و خایسک آهنگران

Yumurta ağırdır, bərklik var onda,Ancaq tab gətirməz çəkic altında.

که دانست کاین کودک خردسالشود با بزرگان چنین بدسگال

Bunu kim bilərdi, dünənki uşaqBöyüklə bədrəftar edən olacaq?

به اول قدح دردی آرد به پیشگذارد شکوه من و شرم خویش

Birinci qədəhdə qanar o dəniMənim şövkətimi, həm öz səhvini.

به‌خود ننگ را رهنمونی کنمکه پیش زبونان زبونی کنم

Mənə ar deyilmi belə sürünmək,Miskinlər yanında aciz görünmək?

اگر خود شود غرقه در زهر مارنخواهد نهنگ از وزغ زینهار

Zəhərlər içinə qərq olsam, inan,Nəhəng qurbağadan dilənməz aman.

ز رومی کجا خیزد آن دست زورکه کشتی برون راند از آب شور

Harada görünmüş aciz bir yunanBelə bir gəmini çıxarsın sudan?

بشوراند اورنگ خورشید راتمنا کند جای جمشید را

Günəşin taxtını çevirə bilməz,Cəmşidin yerini o verə bilməz.

به تاراج ایران برآرد علمبرد تخت کیخسرو و جام جم

İranı yıxmağa ucaltsın bayraq,Keyxosrov taxtını bacarmaz çalmaq.

شکوه کیان بیش باید نهادقدم در خور خویش باید نهاد

Kəyan şövkətini gərəkdir bilsin,Qədəminə görə irəliləsin.

سگ کیست روباه نا‌زور‌مندکه شیر ژیان را رساند گزند

Nə itdir o qorxaq tülkü, saymadanQızmış bir aslana yetirsin ziyan?!

ز شیران بود روبهان را نوانخندد زمین تا نگرید هوا

Aslan artığını tülküdür yeyən,Bulud ağlamasa gülərmi çəmən?

تهی‌دست کاو مایه‌داری کندچو لنگی است کاو راهواری کند

Əliboş adamlar olarmı maldar?Hansı bir ayaqla qaçar çolaqlar?

تو خود نیک دانی که با این شکوهز یک طفل رومی نیایم ستوه

Məndədir, bilirsən, həm şövkət, həm şan,Kim deyər acizəm rumlu uşaqdan?

به دست غلامان مستش دهمبه چوب شبانان شکستش دهم

Sərxoş qulamlara döydürrəm onu,Çobanlarım qırar onun qolunu.

هزبری که از سگ زبونی کندخر پیر با او حرونی کند

Bir aslan köpəkdən qorxarsa, bişəkk,Ona şıllaq atar qoca bir eşşək.

عقابی که از پشه گیرد گریزگر افتادنش هست گو بر مخیز

Qartal bir çibini sansa əjdahaQalxmasın düşdüyü yerdən bir daha.

پلنگی که ترسد ز روباه پیربشوراد مغزش به سرسام تیر

Qoca bir tülküdən qorxarsa aslan,Beynini oxla, dəl, heç vermə aman!

ببینی که فردا من پیل زورسرش چون سپارم به سم ستور

Yaxında gücümü bildirrəm ona,Ataram başını ayaq altına.

که باشد زبونی خراجی سریکه همسر بود با بلند افسری

Kimdir bu bac verən rumlu İskəndər,Uca tacidarla olsun bərabər?

نشیننده بر بزمگاه کیانمنم تاج بر سر کمر بر میان

Kəyan taxtı olmuş mənə müyəssər,Başımda tacım var, belimdə kəmər.

که را یارگی کز سر گفتگویز من جای آبا کند جستجوی

Heç kəsdə hünər yox, eyləsin cürət,Babamın yurdunu almağa niyyət.

کلاه کیان هم کیان را سزددرین خز تن رومیان کی خزد

Kəyanın külahı Kəyana yarar,Bu xəzin içinə sığarmı rumlar?

من از تخمهٔ بهمن و پشت کیچرا ترسم از رومی سست پی

Bəhmən nəslindənəm, Keyxosrov babam,Namərdəm arxasız rumludan qorxsam.

ز رویین دز و درع اسفندیاربر اورنگ زرین منم یادگار

Bir babam Ruyintən İsfəndiyardır,Bu taxt ondan mənə bir yadigardır.

اگر باز گردد به پیشینه راهبر او روز روشن نگردد سیاه

Dönməzsə fikrindən keçmiş yoluna,Qaranlıq olar bu işıq - gün ona.

وگر کشتی آرد به دریای منسری بیند افکنده در پای من

Girsə dənizimə gəmisi əgər,Başını ayağım altında görər.

چو دریا به تلخی جوابش دهمز خاکش ستانم به آبش دهم

Cavabım acıdır, acı dənizdənAtaram torpaqdan dənizlərə mən.

از آن ابر عاصی چنان ریزم آبکه نارد دگر دست بر آفتاب

Elə sel axıdım qanlı buluddan,Əli də Günəşə çatmasın bir an.

ستیزنده چون روستا‌یی بودشکستش به از مومیا‌یی بود

Kin, inad edən bir kəndlidən, ancaqSülhlə yox, ölümlə xoşdur qurtulmaq!

خر از زین زر به که پالان کشدکه تا رخت خر‌بنده آسان کشد

Eşşəyə yəhər yox, yaraşır palan,Yükünü onunla daşıyar aslan.

من آن صید را کرده‌ام سربلندمنش باز در گردن آرم کمند

Mən ucaltmışam bu ovun boynunu,Yenə mən salaram kəməndə onu.

تو ای مغز پوسیده سالخوردز گستاخی خسروان باز گرد

Ey başı çürümüş qoca pəhləvan,Daraya belə xor baxışdan utan.

نه چابک شد این چابکی ساختنکمندی به کوهی در انداختن

Olmaz söz atını belə oynatmaq,Qocaman bir dağı kəməndlə tutmaq.

چراغی به صحرا برافروختنفلک را جهانداری آموختن

Səhrada çırağı yaxmaq nə gərək,Sınanmış fələyə şahlıq öyrətmək?

مکش جز به اندازه خویش پایکه هر گوهری را پدیدست جای

Gövşəmə, çıxma öz həddindən kənar,Hər çeşid gövhərin başqa yeri var.

قبا کاو نه در خورد بالا بودهم انگاره دزدیده کالا بود

Hər kəsin əyninə uymasa donu,Demək, özgələrdən almışdır onu.

تو را فترت پیری از جای بردکهن گشتگی‌ت از سر رای برد

Qocalıq yerindən oynatmış səni,Çürütmüş fikrini, yemiş beynini,

چو پیر کهن گردد آزرده پشتز نیزه عصا به که گیرد به مشت

Arxana yorğunluq çökmüşdür, ey pir,Nizə yox, sənə bir əsa gərəkdir.

ز پیری دگرگون شود رای نغزفراموش کاری درآید به مغز

Qocalanda ağıl olar pərişan,Bütün bilikləri çıxar yadından.

ز پیران دو چیز‌ست با زیب و سازیکی در ستودان یکی در نماز

Qocaya yalnız bu iki şey yarar:Birisi ibadət, birisi məzar.

جهان بر جوانان جنگ آزمایرها کن فروکش تو پیرانه پای

Dünyanı burax bu igid gənclərə,Qocaldın, ortadan çəkil bir kərə!

تن ناتوان کی سواری کندسلیح شکسته چه یاری کند

Bir zəif qocadan umulmaz pənah,Nə kömək edəcək qırıq bir silah?

سپه به که برنا بود زان که پیرمیانجی کند چون رسد تیغ و تیر

Orduya igidlik yaraşır. QocaSülhə bir yol arar döyüş qızınca.

به هنگام خود گفت باید سخنکه بی‌وقت بر ناورد ناربن

Hər söz öz yerində olur çox gözəl,Çünki nar bar verməz vaxtından əvvəl.

خروسی که بیگه نوا بر کشیدسرش را پگه باز باید برید

Hər vaxtsız banlayan xoruzun gərəkDurmadan başını bıçaqla kəsmək.

زبان بند کن تا سر آری به‌سرزبان خشگ به تا گلو‌گاه‌تر

Dilini bağla ki, əldə qalsın baş,Dil quru olarsa, boğaz olmaz yaş.

سر بی‌زبان کاو به خون تر بودبه است از زبانی که بی سر بود

Qan ilə islanmış dilsiz bir başdan,Şübhə yox, yaxşıdır başsız bir insan.

زبان را نگهدار در کام خویشنفس بر مزن جز به هنگام خویش

Dilini ağzında saxla daima,Yersiz heç bir zaman nəfəs çıxarma.

زبان به که او کام‌داری کندچو کامش رسد کامگاری کند

Dil dimaq evində otursun gərək,Bəxtiyar yaşasın, gülsün hər dilək.

زبان ترازو که شد راست ناماز آن شد که بیرون نیاید ز کام

Düzlükdə ad almış çəkinin dili,Milindən bir yana əyilməz beli.

چو از کام خود گامی آید برونبه هر سو که جنبد شود سرنگون

Milindən azacıq aşağı ensə,Enər baş aşağı bir az tərpənsə.

بسا گفتنی‌ها که باشد نهفتبه دیگر زبان بایدش باز گفت

Elə söz vardır ki, yaramaz demək,Başqa bir dil ilə söyləmək gərək.

به گفتن کسی کاو شود سخت‌کوشنیوشنده را درنیاید به گوش

Onu incə-incə söylərkən bir-birOndan hər eşidən alar bir təsir.

سخن به که با صاحب تاج و تختبگویند سخته نگویند سخت

Xüsusən, şahlara sözü yonaraq,Ölçərək deməli, həm də çox yumşaq”.

چو زین‌گونه تندی بسی کرد شاهپشیمان شد آن پیر و شد عذر‌خواه

Daranın acığı edincə tüğyan,Qoca üzr istədi, oldu peşiman.

خطر‌هاست در کار شاهان بسیکه با شاه خویشی ندارد کسی

Padşahlar işində qaynaşır qorxu,Kimsənin şahlarla tutmaz dostluğu.

چو از کینه‌ای بر فروزند چهربه فرزند خود بر نیارند مهر

Kini cuşə gəlsə, acıqlansa şah,Rəhm etməz, oğlu da olsa o hərgah.

همانا که پیوند شاه آتش‌ستبه آتش در از دور دیدن خوش‌ست

Padşahın tinəti atəşdir, ancaqYanğına yaxşıdır uzaqdan baxmaq.

نصیحت موافق بود شاه راگر از کبر خالی کند راه را

Padşaha o zaman öyüd bar verər,Yolunu qürurdan, kindən təmizlər.

نصیحت‌گری با خداوند زوربود تخمی افکنده در خاک شور

Padşaha nəsihət verən bir insan,Toxumu şor yerdə səpmiş o nadan.

چو آگاه گشت آن نصیحت‌گزارکه از پند او گرم شد شهریار

Daraya dəyərli nəsihət verənBildi ki, şah qızmış nəsihətindən.

سخن را دگرگونه بنیاد کردبه شیرین زبان شاه را یاد کرد

Sözünə başqa bir cərəyan verdi,Dadlı bir dil ilə şahı dindirdi:

که دارای دور آشکارا توییمخالف چه دارد‌؟ چو دارا تویی

“Şübhə yox, dünyada bir sənsən Dara,Düşmənin nəyi var, səndədir dara!

که باشد سکندر که آرد سپاهز دارای دولت ستاند کلاه

İskəndər kimdir ki, atını çapsın,Daranın başından külahı qapsın?

ترا این کلاه آسمان دوخته‌ستستاره چراغ تو افروخته‌ست

Sənə bu külahı tikmiş Yaradan,Ulduzdur sənə bu çırağı yaxan.

کلوخی که با کوه سازد نبردبه سنگی توان زو برآورد گرد

Dağın qapısına çıxarsa kəsəkDaş ilə əzilər quru torpaqtək.

درخت کدو تا نه بس روزگارکند دعوی همسری با چنار

Atsa qabaq kolu uca qol-qanad,Çinara tay ola bilərmi, heyhat!

چو گردد ز دولابهٔ نال سیررسن بسته در گردن آید به زیر

Qabaq suyu içib doyduğu zamanKəndirlə aşağı enər ağacdan.

کدو‌یی است او گردن افراختهز ساق گیایی رسن ساخته

O da bir qabaqdır başı ucalmış,Boynuna otlardan bir kəndir salmış,

رسن زود پوسد چو باشد گیاهدگر باره دلوش درافتد به چاه

Otlardan toxunmuş ip də qırılar,Dolçası qırılıb quyuda qalar.

چو خورشید مشعل درآرد به باغبه پروانگی پیش میرد چراغ

Günəş məşəlindən işıqlansa bağ,Pərvanə yerinə can verər çıraq.

به هنگام سر پنجه روباه لنگچگونه نهد پای پیش پلنگ

Aciz, topal tülkü döyüş günündə,Nə iş görə bilər aslan önündə?

گره ز ابروی خویش بر گوشه نهکه بر گوشه بهتر کمان را گره

Qaşında düyümü iki yana vur,Kamanın düyümü yanlardan xoşdur.

به آهستگی کار عالم بر‌آرکه در کار گرمی نیاید به کار

Dünyanı tədbirlə əlinə gətir,Bu işdə tələsmək nəyə gərəkdir?

چراغ ار به گرمی نیفروختینه خود را نه پروانه را سوختی

Bir çıraq salmazsa qızğın alovlar,Nə özü, nə də ki pərvanə yanar.

خمیر آمده و آتش اندر تنورنباشد ز نان تا دهن راه دور

Od təndir içində, xəmirsə gəlmiş,Çörəkdən ağıza çox yol deyilmiş.

شکیب آورد بند‌ها را کلیدشکیبنده را کس پشیمان ندید

Hər bəndin açarı səbrdir, inan,Səbrli kimsələr olmaz peşiman.

نه نیکو‌ست شطرنج بد باختنفرس در تک و پیل در تاختن

Ziyandır uduzmaq belə şahmatı,Çapdırmaq nə gərək “fil” ilə “atı”.

بسا رود کز زخم خوردن شکستکه تا زخمه رودی آمد به‌دست

Mizraba barmaqlar hələ yatmadan,Çox çalğı qırılmış ağır yaradan.

تو شاهی قیاس تو افزون کنمحساب تو با دیگران چون کنم‌‌؟

Sən şahsan, səndədir şövkət, təmtəraq,Belə bir hesabı kimdən aramaq?”

به تعظیم دارا جهان‌دیده مردبسی گونه زین داستان یاد کرد

Daraya hörmətçin qoca pəhləvanSöylədi bir neçə dəyərli dastan.

جهاندار دارای جوشیده مغزنشد نرم‌دل زان سخن‌های نغز

Daranın ürəyi, beyni atəşdi,Bu dadlı söhbətlər gözündə heçdi.

در آن تندی و آتش افروختنکز او خواست مغز سخن سوختن

Acığı, atəşi sönmədi yenə,Od vurmaq istədi sözün məğzinə.

طلب کرد کاید ز دیوان دبیربه کار آورد مشک را با حریر

Dara katibinə əmr etdi belə:“Müşk ilə ipəyi, durma, al ələ”.

دبیر نویسنده آمد چو بادنوشت آنچه دارا بدو کرد یاد

Katibi sürətlə qələm götürdü,Dara deyənləri yazıb bitirdi.

روان کرد کلک شبه رنگ راببرد آب مانی و ارژنگ را

O, şəvə qələmi oynatdı şən-şən,Manini, “Ərjəng”i saldı qiymətdən.

یکی نامهٔ نغز پیکر نوشتبه نغزی به کردار باغ بهشت

Bir məktub yazdı ki, olduqca dilbər,Məzmunu cənnətin bağçası qədər.

سخن‌هایی از تیغ پولاد‌ترزبان از سخن سخت بنیاد‌تر

Sözləri polad bir qılıncdan kəskin,Lisanı, üslubu incə və mətin.

چو شد نامه نغز پرداختهبر او مهر شاهانه شد ساخته

Katib o qiymətli məktubu yazdı,Dara imza atdı, möhrünü basdı.

رسانندهٔ نامهٔ خسروانز دارا به اسکندر آمد روان

Daradan şahlara məktub aparanOldu İskəndərin yanına rəvan.

بدو داد نامه چو سر باز کرددبیر آمد و خواندن آغاز کرد

Məktubu verincə, açdı sürətlə,Katibə oxutdu başqa diqqətlə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri