Şərəfnamə, fəsil 41
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چنین بود در نامهٔ شاه رومبه لفظی کزو گشت خارا چو موم
پس از نام دارندهٔ مهر و ماهکه اندیشه را سوی او نیست راه
خداوند فرمان و فرمانبرانفرستندهٔ وحی پیغمبران
ز فرمان او زیر چرخ کبودبسی داده بر نیکنامان درود
سخن رانده آنگه که ای پهلوانکه پشتت قوی باد و بختت جوان
بر آن بود رایم که عزم آورمبه کوپال با پیل رزم آورم
نمایم به گیتی یکی دستبردکه گردد ز کوپال من کوه خرد
به هندوستان در زنم آتشینمانم در آن بوم گردنکشی
کمند افکنم در سر ژنده پیلز خون بیخ روین برآرم ز نیل
همه خاک او را به خونتر کنمهمان آب را خاک بر سر کنم
چو تو روی در آشتی داشتیعنان بر نپیچیدم از آشتی
به شیرین سخنهای جان پرورتخداوند بودم شدم چاکرت
دلم را به زنهار زه برزدیبه جادو زبانی گره بر زدی
چنان کن که این عهد نیکو نمایدر ابنای ما دیر ماند بجای
گر آن چار گوهر فرستی به منکنم با تو عهدی در این انجمن
که گر هفت کشور شود پر سپاهنگردد ز ملک تو موئی تباه
بهر نیک وبد با تو یاری کنمبدین گفتهها استواری کنم
فرستاد چون نامه بر کید خوانددرود فرستنده بر وی رساند
ز افسون و افسانه دلنوازدر جادوئیها بر او کرد باز
ز کید و فسونهای جادوی اوشده کید یکباره هندوی او
شنیدم که جادوی هندو بسیستنخواندم که جادوی هندو کسیست
چو لختی سخن راند بر جای خویشره آورد آورده آورد پیش
دل کید هندو بر آمد ز جایجهانجوی را شد پرستش نمای
بسی کرد بر شهریار آفرینکه بی او مبادا زمان و زمین
فرستادهٔ کاردان را نواختزمان خواست یک هفته تا کار ساخت
چو شد هفته و کار شد ساختهبه سیچنده ازکار پرداخته
به فرمانبری شاه را سجده بردپذیرفتهها را به قاصد سپرد
جز آن چار پیرایهٔ ارجمندگرانمایهای دگر دلپسند
ز گنج و زر و زیور و لعل و دربسی پشت پیلان ز گنجینه پر
ز پولاد هندی بسی بارهاز عود و ز عنبر به خروارها
چو کوه رونده چهل ژنده پیلکه نگذشتی از نافشان رود نیل
سه پیل سپید از پی تخت شاهکز ایشان شدی روز دشمن سیاه
بلیناس را نیز گنجی تمامهم از مشک پخته هم از عود خام
پریدخت را در یکی مهد عودکه مهد فلک بردی او را سجود
روان کرد با این چنین گنجهاجهان برده بر هر یکی رنجها
بلیناس ازین سان زر و زیوریکه بودند هر یک به از کشوری
به نزد جهان داور خویش بردجهانداوری بین که چون پیش برد
چو شه دید گنج فرستاده راچهار آرزوی خدا داده را
بدان گنجها آن چنان شاد شدکه گنجینهٔ رومش از یاد شد
فکند آزمایش بدان چار چیزچنان بود کو گفت و زان بیش نیز
چو در آب جام جهانتاب دیدز یک شربتش خلق سیرآب دید
چو با فیلسوف آمد اندر سخنخبر یافت از کارهای کهن
پزشک مبارک برزد نفسز تن برد بیماری از دل هوس
چو نوبت بدان گنج پنهان رسیدز هندوستان چینی آمد پدید
از آن خوبتر دید کاندازه گیرصفتهای او را کند دلپذیر
گلی دید خشبوی و نادیده گردبهاری نیازرده از باد سرد
پری پیکری چون بت آراستهپری و بت از هندوان خاسته
دهن تنگ و سر گرد و ابرو فراخرخی چون گل سرخ بر سبز شاخ
به شیرینی از گلشکر نوش تربه نرمی ز گل نازک آغوشتر
گره بر گره چین زلفش چو دامهمه چینیان چین او را غلام
چو آهو به چین مشک پرورده بودقرنقل به هندوستان خورده بود
نه گیسو که زنجیری از مشک نابفرو هشته چون ابری از آفتاب
از آن مشگبر ابر گل ریختهمه از سنبله سنبل انگیخته
بر آن گونهٔ گندمی رنگ اوچو مشک سیه خال جو سنگ او
نموده جو از گندم مشک ساینه چون جو فروشان گندم نمای
مهی ترک رخساره هندو سرشتز هندوستان داده شه را بهشت
نه هندو که ترک خطائی به نامبه دزدیدن دل چو هندو تمام
ز رومی رخ هندوی گوی اوشه رومیان گشته هندوی او
شکر خندهای راست چون نی شکرلطیف و خوش و سبز وشیرین و تر
نگاری بدان خوبی و دلکشیبه گوهر هم آبی و هم آتشی
چو شه دید در پیشباز آمدشعروسی چنان دلنواز آمدش
به آیین اسحاق فرخ نیاکزو یافت چشم خرد توتیا
طراز عروسی بر او بست شاهپس آنگه منش را بدو داد راه
به نزل سپهدار هندوستانبساطی برآراست چون بوستان
جواهر به خروار و دیبا به تختپلنگینه خرگاه و زرینه تخت
ز تاج مرصع به یاقوت و لعلز تازی سمندان پولاد نعل
ز چینی غلامان حلقه به گوشز رومی کنیزان زر بفت پوش
از آن بیش کارد کسی در ضمیرفرستاد و شد کید منت پذیر
جهان خسرو اسکندر فیلقوسز پیوند آن ماه پیکر عروس
بر آسود کالحق بتی نغز بودهمه مغز و پالودهٔ مغز بود
چو انگشت بر صحن پالوده راندز پالوده انگشتش آلوده ماند
نسفته دری ناشکفته گلیهمائی بر او فتنه چون بلبلی
گل از غنچه خندید و در سفته شدسخن بین که در پرده چون گفته شد
جهاندار چون از جهان کام یافتدر آن جنبش از دولت آرام یافت
فرستاد از آموزگاران کسیبه اصطخر و کرد استواری بسی
نبشت آن سخنها که بودش مرادز پیروزی مرز مشگین سواد
که کار آنچنان شد به هندوستانکه باشد مراد دل دوستان
زکین خواهی کید پرداختمچو شد دوست با دوست در ساختم
به قنوج خواهم شدن سوی نورخدا یار بادم در این راه دور
ببینم کز آنجا چه پیش آیدممگر کار بر کام خویش آیدم
توئی نایب ما به هر مرز و بومز دریای چین تا به دریای روم
جهان را به پیروزی آواز دهز ما مژدهٔ خرمی باز ده
سپاهی و شهری و برنا و پیرکه از ملک ما هستشان ناگزیر
دل هر یکی را ز ما شاد کندعا خواه و دانش ده و داد کن
نبشت این چنین نامه از هر دریفرستاد پیکی به هر کشوری
عروس گرانمایه را نیز کاربرآراست تا شد به یونان دیار
سپه دادش از استواران خویشهمان استواری ز حد کرد بیش
به پایین آن مهد پیرایه سنجفرستاد چندین شتر بار گنج
دگر گنج را در زمین کرد جاینمونش نگهداشت با رهنمای
به دستور دانا وثیقت نوشتکه از دانش و داد بودش سرشت
خبر دادش از جملهٔ نیک و بدز پیروزی نیکخواهان خود
به فارغ دلی چون بر آسود شاهسوی فوریان زد در بارگاه
ره و رسم شاهان چنان تازه کردکه هندوستان را پر آوازه کرد
به داد و دهش در جهان پی فشردبدین دستبرد از جهان دست برد
مینوش میخورد بر یاد کیچو شاهان این دور بر یاد وی
İskəndər məktubu yazmışdı belə,Daşı mum edirdi şəfəqqətilə.
Ay, Günəş yaradan adından sonra,Düşüncə və ağlın yolu yox ora,
Odur hökmüranlıq və höküm verən,Bütün peyğəmbərə vəhy göndərən.
Lacivərd göylərin altından sonraSalamlar söylərəm namdarlara!
Məktubda yazmış: “Ey böyük pəhləvan,Taleyin gənc olsun, güclənsin arxan!
Fikrim və iradəm bu idi ancaq,Fil ilə, toppuzla möhkəm çarpışmaq.
Bir qüvvət göstərim titrəsin cahan,Dağlar parçalansın bu toppuzumdan.
Bu Hində elə bir od vurum, ondanQalmasın bir nəfər boyun ucaldan.
Uca fil başına kəmənd atım mən,Qandan bixi-ruyən çıxarım nildən.
Hindi torpağını qana bələyim,Suların başına torpaq ələyim.
Sülh üçün təlaşı görüncə səndə,Bu işdən cilovu çəkmədim mən də.
Can verən bu dadlı sözlərinlə mənQul oldum sənə bir tacidar ikən.
Möhkəm bir kirişlə bağlandı könlüm,Öz cadu dilində vurdun bir düyüm.
Elə bir iş et ki, bu gözəl peymanNəslimiz içində qalsın hər zaman.
Dörd adlı gövhəri göndərsən mənə,Mən dəxi belə söz verirəm sənə:
Bir ordu kəsilsə bu yeddi kişvər,Mülkünə bir tükcə yetişməz zərər.
Hər yaxşı, yamanda kömək verərəm,Bu dediklərimdə duraram möhkəm”.
Qasid bu məktubu oxudu Keydə,Yetirdi salamı, baş vurdu bir də.
Bu sevimli sözlər bir füsun saçdı,Üzünə sehirli qapılar açdı.
Hiyləgər cadunun etdiyi əfsun,Etdi cadugəri özünə məftun.
“Bilirəm ki, Hinddə çoxdur cadugər,Bilməzdim var Hində cadu edənlər”.
Bir qədər danışdı durduğu yerdə,Verilən töhfəni tapşırdı Keydə.
Yerindən oynadı Keydin ürəyi,Qaynadı padşaha qarşı bir sevgi.
Söylədi: “Afərin sənə, hökmüran,Bu dünya padşahsız qalmasın bir an!”
Bilikli elçiyə göstərdi hörmət,Aldı hazırlığa bir həftə möhlət.
Elə ki, bir həftə keçdi vədədən,Hazırlıq işləri başa gəlirkən,
Padşahın əmrinə edərək səcdə,Şeyləri hörmətlə verdi qasidə.
Qoşdu dörd peykərə hər çeşid zivər,Göndərdi dəyərli, sevimli şeylər.
Cavahir, ləl, inci, yaqut, xəzinə,Fillərin üstündə ağır gəncinə.
Saysız Hind poladı, bağlanmış yüklər,Xalvarla tökülmüş ud ilə ənbər.
Yürüyən dağ kimi sarsılmaz qırx fil,Göbəyinə çatmaz coşğun, dərin Nil.
Üç ağ fil göndərdi qızıl taxtına,Bir qaranlıq çökdü düşmən baxtına.
Bəlinasa bəxşiş verdi hökmüran,Həm bişkin müşkdən, həm də xam uddan.
Pəriduxt uddan bir taxta oturdu,Göylərin beşiyi ona baş vurdu.
Qoşdu çox xəzinə pərisurətə,Hər biri mal qoymuş min bir zəhmətə.
Götürdü Bəlinas o zər-zivəri,Bir kişvər xəracı onun hər biri.
Tapşırdı şövkətli İskəndərinə,Dövləti haqq belə ucaltdı yenə.
Görüncə dəyərli o xəzinəni,Tanrının verdiyi dörd hədiyyəni,
O qədər şənlətdi bu, İskəndəri,Unutdu Rumdakı xəzinələri.
Şah o dörd peykərə bir sınaq saldı,Görüncə doğrudur, çox məmnun qaldı.
Elə ki, parlaq cam su ilə doldu,Onun şərbətindən xalq məmnun oldu.
Filosofla söhbət etdiyi zamanHikmətlər öyrəndi köhnə dünyadan.
Rəf oldu, o təbib salınca nəfəsBədəndən xəstəlik, ürəkdən həvəs.
Örtülü sərvətə növbət gəlincə,Hinddə Çin çinisi göründü incə.
Gözəllik ölçüsü tutan kəslərinTutduğu ölçüdən daha nazənin.
Gördü toz görməmiş təzə bir çiçək,Bahardır, dəyməmiş soyuq bir külək.
Büt kimi bəzənmiş incə bir dilbər,Hindli bütü kimi pəriyə bənzər.
Baş yumru, qaş geniş, ağız dar - göyçək,Yaşıl bir budaqda üzü al çiçək.
Şəkərdən çox dadlı təzə bir qönçə,Çiçəkdən həm lətif, həm daha incə.
Saçları tor kimi, hər tərəf çin-çin,Çin-çin tellərinə quldur bütün Çin.
Qara müşk bəsləyən ceyrandı Çində,Qərənfil yemişdi doğarkən Hinddə.
Saç deyil, müşkdən hörülmüş zəncir,Günəşdən sallanmış bulud kimidir.
O müşkün buluddan al gül saçaraq,Sünbülə bürcündən asmışdı başaq.
Sevimli, buğdayı rəngi, şux dilbər,Qara, müşkün xalı bir arpa qədər.
Baş vermiş arpadır müşkün buğdadan.Deyil buğda deyə, boz arpa satan.
Türk simalı idi o hindli afət,Şaha Hind elindən vermişdi cənnət.
Yox, hindli deyildi o türk dilbəri,Hindlitək çalırdı bu könülləri.
O Rumi üzüylə, hindli diliyləEtmiş Rum şahını özünə kölə.
Bir şəkərxəndə, bir dümdüz neyşəkər,Sevimli, əl incə qönçə bir dilbər.
Olduqca gözəl, həm nazlı bir pəri,Həm sudur, həm oddur parlaq gövhəri.
Onundu bu gəlin, bu dilbər qönçə,Qarşıya çıxdı şah onu görüncə.
İshaqın rəsmində böyük hökmüranKi, ağlın gözünə ondadır dərman,
Əqd etdi, başladı qızın toyuna,Sonra qolun saldı onun boynuna.
Töhfələr sazladı hindli şahına,Bir büsat başladı başlıq adına.
Verdi top-top ipək, xalvarla gövhər,Qumaşdan bir çadır, qızıl taxt-zivər,
Zümrüd cam, əqiqdən gözəl bir sini,Yaquta qərq etmiş hər birisini.
Yaqutdan, ləldən düzülmüş bir tac,Polad nallı atlar - görməmiş qırmac.
Qulağı halqalı qullar və dilbər,Zərxara geyinmiş rumlu kənizlər.
İnsanın ağlına gələndən artıq,Göndərdi Keyd üçün qatarla sandıq.
Cahandar İskəndər kamına yetdi,Ayüzlü gəlinin toyunu etdi.
İncəlik o qızda olmuşdur tamam,Əndamı bir parça soyulmuş badam.
Lətif paludəyə barmaq vuruncaBarmağı bulaşdı ona boyunca.
Yonulmamış bir dürr, açmamış bir gül,Humay da o gülə vurğun bir bülbül.
Yontuldu bu inci, açıldı qönçə,Pərdəli sözə bax, nə qədər incə.
İskəndər istəklə olunca dəmsaz,Dövlət işlərindən dincəldi bir az.
İstəxrə sınanmış qasid göndərdi,Dövlət işlərindən məlumat verdi.
Yazdırdı qəlbinə yatan sözlərdən,O müşkün ölkədə şanlı zəfərdən:
“Hindistan səfərim olmuşdur belə,Necə ki, dost istər, baş tutdu elə.
Keydə kin etməyə vermədim qərar,Dost oldu, dost kimi elədim rəftar.
Qənnəvuc, Fur üstə gedirəm əlan,Bu yolda köməkdir ulu Yaradan.
Görüm orda nələr qarşıma çıxar,Bəlkə də iş bitər, mən deyən olar.
Yunan dənizindən, Çin dənizindənTutaraq, hər yerdə nayibim sənsən.
Durma, yay dünyaya səadət səsi,Hər kəsə ver bizdən şənlik müjdəsi.
Əsgərlər, qocalar, pirlər, cavanlar -Nə qədər ölkəmdə var yaşayanlar,
Hamını sevindir, bizdən ver xəbər,Xeyir ver, bilik ver, ədalət göstər”.
Belə məktub yazdı bütün kişvərə,Qasidlə göndərdi bütün ellərə.
Səfər tədarükü gördü gəlinə,Hörmətlə göndərdi Yunan elinə.
Ona qoşun verdi inanmışlardan,Yanına qoşdu şah böyük bir karvan.
O zinətli taxtın yanınca yenəGöndərdi Yunana ağır xəzinə.
Torpağa gömüldü yerində qalan,O yerə qoydu bir bələdçi, nişan.
Ağıllı vəzirə bir məktub yazdı,Ədalət işindən heç ayrılmazdı.
Bildirdi ona hər yaxşı, yamandan,Dostlara üz verən bəxtiyar andan.
İskəndər azacıq dincəlib durdu,Furun torpağında xeyməni qurdu.
Şahların rəsmini tutdu həvəslə,Hindistan mülkünü doldurdu səslə.
Başladı bəxşişlər verməyə hər gün,Dünyaya bununla olmuşdu üstün.
Badələr qaldırdı Keydin adına,İndi də içilir onun adına.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-41
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, dur bu gecə mənə ver şərab,Bu başağrısına vacibdir gülab.
Şərəfnamə, fəsil 47Dur, saqi, qədəhi al ələ, doldur!Kimsəyə içməkdən başqa yol yoxdur.
Şərəfnamə, fəsil 48Saqi, dur, örtülü bakirəni sənMənə ver, qorxursa ərə getməkdən.
Şərəfnamə, fəsil 49Ey saqi, durma, gəl, sevindir məni!Şəncərflə yoğrulmuş odlu civəni
Başqa şairlərin şeirləri
Qəriblikdə qəmxarımsan, əzizim,Yetirərsən bir də dosta naməni.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.