بیا ساقی امشب به مِی‌ کن شتابکه با درد سر واجب آمد گلاب

Saqi, dur bu gecə mənə ver şərab,Bu başağrısına vacibdir gülab.

می‌یی کاب در روی کار آوردنه آن می که در سر خمار آورد

Bir mey ver, suyu da eləsin huşyar,Verməsin başlara ağırlıq, xumar.

جهانگرد را در جهان تاختنخوش آید سفر در سفر ساختن

Xoş gəlir dünyanı ölçən ərlərəCalasın səfəri başqa səfərə.

به هر کشوری دیدن آرایشیبه هر منزلی کردن آسایشی

Görsün hər ölkədə yeni bir adət,Olsun hər mənzildə azacıq rahət.

ز پوشیدگی‌ها خبر داشتنز نادیده‌ها بهره برداشتن

Hər yeni geyimə bir nəzər salsın,Gördüyü şeylərdən bir sınaq alsın.

ولیکن چو بینی سرانجام کاربه شهر خودست آدمی شهریار

Azacıq düşünsən, bir nüktə vardır,Hər kəs öz şəhrində bir şəhriyardır.

فرو ماندن شهر خود با خسانبه از شهریاری به شهر کسان

Öz şəhrində olsan ən alçaq insanYaxşıdır qürbətdə sultan olmaqdan.

سکندر بدان کامگاری که بودهمه میل بر شهر خود می‌نمود

İskəndər hər yerdə qələbə çaldı,Lakin vətən eşqi qəlbini aldı.

اگر چه ولایت ز حد بیش داشتهم اندیشهٔ خانهٔ خویش داشت

Hökmündə olsa da saysız vilayət,Öz doğma yurduna çəkərdi həsrət.

شبی رای آن زد که فردا ز جایچو باد آورد پای بر باد پای

O gecə qət etdi, səhər qalxaraqAtına küləkdən taxsın bir ayaq.

هوای وطن در دل آسان کندنشاط هوای خراسان کند

Qəlbində söndürsün vətən odunu,Xorasan havası şənlətsin onu.

زمین عجم زیر پای آوردسوی ملک اصطخر رای آورد

Əcəm torpağına at salsın yenə,Oradan yol açsın İstəxr mülkünə.

جهان را برافروزد از رنگ خویشبلندی درارد به اورنگ خویش

Dünyanın rəngi də uysun baxtına,Şöhrətlər qazansın uca taxtına.

بر آن مُلک نوش‌آفرین بگذردبد و نیک آن مملکت بنگرد

Keçsin Nuşafərin mülkündən bir də,Yaxşını, yamanı görsün o yerdə.

نماید که ترتیب‌ها نو کنندبسیچ زمین بوس خسرو کنند

Yeni don geydirsin köhnə işlərə,Önündə bir dünya diz çöksün yerə.

کند تازه نانبارهٔ هر کسیدر آن باده سازد نوازش بسی

Hər kəsə yenidən versin var, dövlət,Töhfələr paylasın, göstərsin şəfqət.

به خواهندگان ارمغانی دهدجهان را ز نو زندگانی دهد

Bəxşişlər ayırsın istəyənlərə,Yenidən yaşayış versin hər yerə.

در این پرده می‌رفتش اندیشه‌ایندارند شاهان جز این پیشه‌ای

Gedərkən bunları düşünür dərin,Başqa cür düşünməz hökmüran, yəqin.

دوالی که سالار ابخاز بودبه نیروی شه گردن‌افراز بود

Abxaz hökmüdarı olan DəvalıUcalmış, padşaha yaxın olalı.

دوال کمر بسته بر حکم شاهبسی گرد آفاق پیمود راه

İskəndər hökmünə bağlarkən kəmər,Dünyaları ölçər, ölkələr gəzər,

درآمد بر‌ِ شاه‌ِ نیکی‌سِگالبنالید مانند کوس از دوال

Padşahım yanına gəlincə, birdənTəbiltək inləyib qopardı şivən:

که‌: فریاد شاها‌! ز بیداد روس‌!که از مهد ابخاز بستد عروس

“Padşahın, rusların zülmü çox dərin,Abxaz gərdəyindən qaçırır gəlin.

کس آمد کز آن ملک آراستهخلالی نماند از همه خواسته

O gözəl ölkədən gəlmiş bir tanış,Deyir: o var-yoxdan çöp də qalmamış.

ستیزنده روسی ز آلان و ارگشبیخون درآورد همچون تگرگ

Alan, Ərk rusları edərək axın,Yağmurtək ölkəyə etmişdir basqın.

به دربند آن ناحیت راه یافتبه فراط‌ها سوی دریا شتافت

Dərbəndə, ətrafa fitnələr saçmış,Gəmiyə doluşub, dənizə qaçmış.

خروجی نه بر وجه‌ِ اندازه کرددر آن بقعه‌، کین‌ِ کهن تازه کرد

Qədərsiz basqınlar etmişdir yenə,Yenidən yol vermiş o köhnə kinə.

به تاراج بُرد آن بر و بوم راکه ره‌بسته باد آن پی‌شوم را

Qəflətən talamış hər yerdə nə var,Bir də yol tapmasın o şum ayaqlar.

جز از کشتگانی که نتوان شمردخرابی بسی کرد و بسیار برد

Deyirlər, qədərdən çox ölən varmış,Həm qırıb dağıtmış, həm də aparmış.

در انبار آکنده خوردی نماندهمان در خزینه نوردی نماند

Heç bir şey qalmamış dolu anbarda,Xəzinə boşalmış, yoxdur dinar da.

ز گنجینهٔ ما تهی‌کرد رختدُر از دُرج بربود و دیبا ز تخت

Xəzinə geyimdən boşalmış, gerçək,Sandıqdan dürr çalmış, taxtımdan ipək.

همان ملک بردع بر انداختندیکی شهر پر گنج پرداختند

Gördüyün o Bərdə olmuşdur viran,O zəngin şəhərdən qalmamış nişan.

به تاراج بردند نوشابه راشکستند بر سنگ قرابه را

Gözəl Nüşabəni almışlar əsir,İşrət qədəhini qırmışlar bir-bir.

ز چندان عروسان که دیدی به پاینماندند یک نازنین را بجای

Sarayda görmüşdün o qədər gəlin,Onlardan qalmamış heç bir nazənin.

همه شهر و کشور به‌هم بر زدندده و دوده را آتش اندر زدند

Vurmuş bir-birinə kəndi, şəhəri,Atəşdə yandırmış şən ölkələri.

اگر من در آن داوری بودمیاز این به به‌کشتن بر آسودمی

O qızğın döyüşdə məhv olsaydım mən,Asudə olardım bu dirilikdən.

من اینجا به خدمت شده سربلندزن و بچه آنجا به زندان و بند

Sənin xidmətində oldum bəxtiyar,Orada əsirdir gəlinlər, qızlar.

اگر داد نستاند از خصمْ شاهخدا باد یاری‌دهِ داد‌خواه

Düşməndən intiqam almazsa padşah,İmdada yetişsin o böyük Allah.

ببینی که روسی در این روز چندبه روم و به ارمن رساند گزند

Çox keçməz ki, ruslar girər hər yana,Rumu, həm Ərməni qoyar virana,

چو زینگونه بر گنج ره یافتندشتابند از آنسان که بشتافتند

Elə ki, keçirər ələ xəzinə,Durmayıb tələsik qaçarlar yenə.

ستانند کشور گشایند شهرکه خامان‌ِ خلقند و دونان دهر

Şəhərlər alaraq, talar hər yanı,Bəlkə də tutarlar bütün dünyanı.

همه رهزنانند چون گرگ و شیربه خوان نادلیرند و بر خون دلیر

Onlarda aslanla qurd ürəyi var,Qana mərd, süfrəyə aciz olurlar.

ز روسی نجوید کسی مردمیکه جز گوهری نیستش ز‌آدمی

Ruslardan adamlıq gözlənməz bir an,Yalnız surətindən görünər insan!

اگر بر خری بار گوهر بوَدبه گوهر چه بینی‌؟ همان خر بود

Eşşəyin cavahir olsa da yükü,Yenə də eşşəkdir, parıldar tükü.

چو ره یافتند آن حریفان به گنجبسی بوم‌ها را رسانند رنج

Madam ki, yol tapmış bunlar xəznəyə,Ziyanlıq verəcək bir çox ölkəyə.

به بیداد کردن بر آرند یالز بازارگانان ستانند مال

Zülümlə açaçaq yeni qol-qanad,Karvanlar soyacaq, sönəcək həyat.

خلل چون در آن مرز و بوم آورندطمع در خراسان و روم آورند

Ölkəyə dərindən ziyan vuracaq,Ruma, Xorasana əl uzadacaq”.

بشورید شاهنشه از گفت اوز بیداد بر خانه و جفت او

Acıqlandı padşah bunu dinlərkən,Onun övladına olan sitəmdən.

پریشان شد از بهر نوشابه نیزکه بر شاه بود آن ولایت عزیز

Nüşabə üçün də qəmləndi hədsiz,Çünki o ölkəni tuturdu əziz.

فرو برد سر طیره و خشم سازوزان طیرگی سر برآورد باز

Acıqlı başını dikdi köksünə,Başını kədərlə qaldırdı yenə.

به فریاد‌خوان گفت: فرمان تراستمرا در دل است آنچه در جان تراست

Dedi: “Ey Dəvalı, verirəm fərman,Qəlbimdə çırpındı canında olan.

ازین گفته بِه باشد ار بگذریتو گفتی و باقی ز من بنگری

Vəqəni anlatdın, sən dur bir yana,Bu işi büsbütün gəl tapşır mana.

ببینی که چون سر به راه آورمچه سرها ز چنبر به چاه آورم

Görərsən nə sahman verrəm işlərə,Kəməndim nə qədər baş tökər yerə.

چه دل‌های مردان بر‌آرم ز هوشچه خون‌های شیران در آرم به جوش

Alaram ağılı, huşu başlardan,Aslanlar qanına sallam həyəcan.

برآرم سگان را ز شور افکنیکه با شیر بازی‌ست گور افکنی

Aslanla oynamaq deyildir asan,İtləri salaram kinli qürurdan.

نه برطاس مانم نه روسی بجایسر هر دو را بسپرم زیر پای

Qoymaram Burtasdan, ruslardan nişan,Başları qurtarmaz ayaq altından.

اگر روس مصر است‌، نیلش کنمسراسیمه در پای پیلش کنم

Ruslar, Misr olsa da, tökərəm Nilə,Şüuru azınca əzdirrəm filə.

برافرازم از کوهش اورنگ رادر آتش نشانم همه سنگ را

Taxtımı qaldırram dağından yüksək,Daşları dəhşətdən ərisin gərək.

نه در غار‌ِ کوه اژدهایی هِلَمنه از بهر دارو گیاهی هلم

Nə əjdər qoyaram bu köhüllərdə,Nə də ot ki, dərman olsun bir dərdə.

گر این کین نخواهم ز شیران روسسگم سگ‌، نه اسکندرِ فیلقوس

Ruslardan bu öcü almayıb getsəm,Feyləqusun oğlu deyiləm, itəm.

وگر گرگ برطاس را نشکرمز برطاسی روس روبه‌ترم

Burtasın qurdunu tora salmasam,Burtas tülküsündən daha alçağam.

گر از گردش چرخ باشد زمانبخواهیم کین خود از بدگمان

Dövranın gərdişi verərsə imkan,Alaram öcümü kinli düşməndən.

همه برده را باز جای آوریمستاننده را زیر پای آوریم

Qaytarar nə ki şey aparmış bizdən,Düşər ayağıma o qarət edən.

نمانیم نوشابه را زیر بندچو وقت آید از نی برآریم قند

Nüşabə qurtarar zəncir altından,Mən şəkər alaram qamışdan, inan!

گر آن سیم در سنگ شد جایگیربرون آوریمش چو موی از خمیر

O gümüş, daşlarda gizlənsə belə,Xamırdan tük kimi çəkərəm çölə.

به چاره گشاده شود کار سختبه مدت شکوفد بهار از درخت

Tədbirlə açılar bu çətin işlər,Ağacda zamanla açar çiçəklər.

به سختی در از چاره دل وا مَگیرکه گردد زمان تا زمان چرخ پیر

Hər işdə tədbirdən əl götürməmək,Zamandan-zamana dolanır fələk.

در این ره چو برداشتم برگ و زادصبوری کنم تا برآید مراد

Bu yola varımdır ərzaq, hazırlıq.Murada çatınca dözərəm, artıq.

ز کوه گران تا به دریای ژرفبه آهستگی کار گردد شگرف

Qocaman dağlardan dənizə qədər,Üsullu-üsullu iş axıb gedər.

مرا سوی ملک عجم بود رایکه سازم در آن جای یک چند جای

Fikrim at sürməkdi Əcəm mülkünə,O yerdə əylənmək istədim yenə.

چو زین داستانم رسید آگهیبِه ار تخت من باشد از من تهی

İndi ki, üz vermiş belə bir dastan,Taxtımdan ayrılmaq yaxşıdır bundan.

به جنبش گراینده شد رخت منسرِ زین من بس بوَد تخت من

Qoşunun əzm etdi tərpənsin, ancaqBu yolda yəhərim - taxtım olacaq.

نخسبم نیاسایم از هیچ راهمگر کینه بستانم از کینه‌خواه

Düşməndən intiqam almayınca mənQaçaram yatmaqdan, istirahətdən”.

دوالی چو دید آن پذیرفتگیبرآسود از آن خشم و آشفتگی

Dəvalı o halı gördüyü zamanAzaldı qəlbində kinli həyəcan.

به لب خاک را عنبر آلود کردزمین را به چهره زراندود کرد

Dodağı doldurdu yeri ənbərlə,Üz sürtdü, torpağı suvardı zərlə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri