Leyli və Məcnun, fəsil 7
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چون گوهر سرخ صبحگاهیبنمود سپیدی از سیاهی
آن گوهر کان گشادهٔ منپشت من و پشت زادهٔ من
گوهر به کلاه کآن برافشاندوز گوهر کان شه سخن راند
کاین بیکس را به عقد و پیونددرکش به پناه آن خداوند
بسپار مرا به عهدش امروزکو نو قلم است و من نوآموز
تا چون کرمش کمال گیرداندرز تو را به فال گیرد
کآن تختنشین که اوج سای استخرد است ولی بزرگ رای است
سیارهٔ آسمان ملک استجسم مَلک است و جان مُلک است
آن یوسف هفت بزم و نه مهدهم والی عهد و هم ولیعهد
نومجلس و نونشاط و نومهردُر صدف ملک منوچهر
فخر دو جهان به سر بلندیمغز ملکان به هوشمندی
میراثستان ماه و خورشیدمنصوبهگشای بیم و امید
نور بصر بزرگوارانمحراب نماز تاجداران
پیرایهٔ تخت و مفخر تاجکاقبال به روی اوست محتاج
ای از شرف تو شاهزادهچشم ملک اختسان گشاده
ممزوج دو مملکت به شاهیچون سیب دو رنگ صبحگاهی
یک تخم به خسروی نشاندهاز تخمهٔ کیقباد مانده
در مرکز خط هفت پرگاریک نقطهٔ نو نشسته بر کار
ایزد به خودت پناه داردوز چشم بدت نگاه دارد
دارم به خدا امیدواریکز غایت ذهن و هوشیاری
آنجات رساند از عنایتکآماده شوی به هر کفایت
هم نامهٔ خسروان بخوانیهم گفتهٔ بخردان بدانی
این گنج نهفته را در این درجبینی چو مه دو هفته در برج
دانی که چنین عروس مهدیناید ز قران هیچ عهدی
گر در پدرش نظر نیاریتیمار برادرش بداری
از راه نوازش تمامشرسمی ابدی کنی به نامش
تا حاجتمند کس نباشدسر پیش و نظر ز پس نباشد
این گفتم و قصه گشت کوتاهاقبال تو باد و دولت شاه
آن چشم گشاده باد از این نوروین سرو مباد از آن چمن دور
روی تو به شاه پشت بستهپشت و دل دشمنان شکسته
زنده به تو شاه جاودانیچون خضر به آب زندگانی
اجرام سپهر اوج منظرافروخته باد از این دو پیکر
Səhərin qırmızı gövhəri erkənZülmətdən bir işıq zahir edərkən,
Mənim xəzinəmin gövhəri olan,O belimdən gələn, qəlbimə sultan
Öz ata tacına gövhərlər saçdı,Şirvanşah oğlundan mənə söz açdı,
Dedi: - Adamsızam, qırılmaz bağlaMəni şah oğlunun lütfünə bağla.
Qoy onun əhdinə bağlanım bu dəm,O gənc bir ustaddır, mən öyrənənəm.
Kərəmi kamala yetişən zamanDərs alsın o sənin kəlamlarından.
O az yaşlıdırsa, bir hökmüdardır,Onda yenilməyən iradə vardır.
Vətən göylərinin ulduzudur bu,Şahın vücududur-ölkənin ruhu.
Yerlərin, göylərin Yusifidir tək,Zaman vəliəhdi bir odur, gerçək.
Məclisi, büsatı, sevdası yeni,Padşah Mənuçehrin, bəlkə də, eyni.
Bu iki dünyanın o can sirdaşı,Ağılda, idrakda şahların başı.
Bu yeddi ölkəyə varis qəhrəman,Bu dörd gövhərin də sirrini açan.
Böyük insanların gözlərinə nur,Şahlar namazının qibləsi odur.
O, taca fəxrdir, taxta da zinət,Üzünə möhtacdır onun səadət.
Şahzadə, güldükcə şərəfin, şanın,Açıldı gövhəri şah Axsitanın.
Sübhün iki çalan rəngidir rəngin,Səndə şah qanı var iki ölkənin.
Şahlığın bağında əkilən budur,Keyqubad nəslinin bir toxumudur.
Şirvan bəzənmişdir əzəmətinlə,Xozan abadlaşmış ədalətinlə.
Yeddi dairənin mərkəzində tək,Durub əyləşirsən, sən bir nöqtə tək
Tanrı sayəsində yaşayırsan sən.O səni saxlasın yaman gözlərdən.
Mənim ümidim var böyük allaha,Öz zehnin, ağlınla səni bir daha
Göylərə qaldırsın o gülə-gülə,Çatasan dünyada hər təkamülə.
Şah kitablarını öyrən dərindən,Dərs al aqillərin dediklərindən.
Sandıqda gizlənmiş xəzinəni sənGöydə on dörd günlük ay tək görəsən
Bil ki, bu gəlinə yoxdur bir əvəz,Bu canı heç bir əhd yarada bilməz.
Onun atasını görə bilməsən,Barı qardaşına hörmət saxla sən.
Min bir nəvazişlə gətir yadına,Əbədi bir hörmət bəslə adına.
Qoy oğlum heç kəsə möhtac olmasın,Heç kəsin əlində gözü qalmasın.
Bununla qurtardım bu hekayəti,Olsun səadətin şahın dövləti.
O göz, bu işıqla parlasın ancaq,Bu sərv o çəməndən düşməsin uzaq.
Şaha arxalanmış sənin surətin,Düşmənin belini qırmış qüvvətin.
Həyat bulağıyla Xızır yaşadı,Səninlə yaşasın şahlığın adı.
Göydə nə qədər ki, səyyarələr var,Bu iki vücuddan işıq alsınlar.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-leyli-ve-mecnun-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Günlərin birində mübarək baxtıSayəsində Bəhram bəzədi taxtı.
Yeddi gözəl, fəsil 24Əyləndi, başladı keyfə asudə,Ayağında düşmən, əlində badə.
Yeddi gözəl, fəsil 25Bir gün zəfər çaldı sübhün nur çağı,Açıqdı, aydındı günün qabağı,
Yeddi gözəl, fəsil 26Elə ki, büsatla coşdu, çağladı,Yeddi nazəninə könül bağladı,
Başqa şairlərin şeirləri · Mədhiyyə
فقدم و قل للصبا خیر مقدم
تو شاه جهانی و ندانم که چه شاهی؟حیران تماشای تو از ماه بماهی
Şahmat oyunu haqqındaBiri şah, biri vəzir və ikisi fildir,İki at və iki qala şaha kəfildir.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.