Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.

Girib gəzdim bunu tənha göründü gözümə ziba,Bu dəxi misli bu dünya yasanmış bir bina gördüm.

Yaratmış məğrib-i məşriq, ay ü gün, gecə vü gündüzAxar arxı dönər çərxi əcəb ərz-ü səma gördüm.

Həzaran küh-ü səhralar həzəran əbr-ü dəryalar,Həzəran cənfi-davalar bə hər canib rəva gördüm.

Həzəran bülbüli-dəstan həzəran bağ ilə bostan,Karışmış küft imanə təcərrüddə İsa gördüm.

Yetişdim Xısrı-alaya məni tapşırdı Musaya,Yapışdım yed-i bəyzaya əlimdə bir əsa gördüm.

Bu şərhi sərbəsər gəzdim xəbərin səhihin sızdım,Məniyyətdən əlim üzdüm bu mənlikdə həba gördüm.

Cahanda hakimi-sultan peyapey ayəti-Quran,Bu şərhə hatəmi-quran Məhəmməd Mustafa gördüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gəzərkən tanıdım canı xəbərləşdim o sultanıHəqiqi canı cananı Əliyül-Murtaza gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar