Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?

Qonağı saxla kiramən söylədi xeyrül-bəşər,Pəs gərəkdir biləsin bu iv nədir, mehman nədir?

Bu görən bu göstərən bu gətirən bu aparan,Aləmi seyran edən bu can nədir bu tən nədir?

Eşidən bilən yetişən arif olan elminə,Mən ərəf sirrin bilən şu vahidi-irfan nədir?

Eyləmiş şeytan ilə Rəhmani-mülkə həm-nişin,Bilməgi yox mülklərə şeytan nədir, Rəhman nədir?

Aləmi kəsrətdə vəhdət kamilə insan qıldı faş,Pirə xidmət qıl biləsin kamili-insan nədir?

Pirə xidmət eyləyənlər kamili-insan olur,Pirə xidmət etməyənlər bilmədi ərkan nədir?

Kamili-insan Məhəmməd şərii-piri-ərkani-tariq,Pir ilə ərkana gəl ta biləsin bu kan nədir?

Ey Həqiqi pir ilə ərkanda çox seyr eylədin,Pir ilə ərkanda bildin sahibi-ərkan nədir?

Aləl-Həqiqi rəhmətullahi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq