Yaradan səni
Halal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.Sənə bədnəzərdən dəyməsin xəta,Qoy Allah saxlasın bəladan səni.
Bilməm günəş deyim, yoxsa ay sənə,Məncə bu dünyada yoxdu tay sənə,Gözəlliyi xuda verib pay sənə,Əziz tutub bəydən, paşadan səni.
Camalın oxşatdım dağlar qarına,Gözüm düşüb ağ sinənin narına.Gözəl olan belə baxmaz yarınaOvçuyam qoymaram bərədən səni.
İnsaf elə hərdən Əfqanı güldür,Gözünün yaşını amandı, sildir.Qapında qul saxla, ya da ki öldür,Unutmaram xeyir-duadan səni.
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-yaradan-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Ulu peyğəmbərim, Rəsulallahım!Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
Hayd parkLondonda "Haydpark" deyilən bir bağda hər kəsistədiyini danışmaq, hətta hökuməti ittiham etmək
گفتگو از عقد دندان گوهر غلطان شودپوچ گو گردد کهنسالی که بی دندان شود