Yaz
Əziz dostum, nə düşübsən üstümə,Bizim əyri-donqar bəylərdən də yaz.Doğru sözdən qanmayana nə fayda,Eşşəyə də min kötək vur, kar aşmaz.
Onlarınkı odur salasan dama,Saman yedirdəsən sübhü axşama.Üç gündə bir dəfə verəsən xama,Kimi bihuş ola, kimi də nasaz.
Yerdə qalanlara çəkdirəsən cüt,Verəsən əlinə bir dənə də küt.Bəlkə onda bilə bu it oğlu it,Kimlərə qış olur, kimlərə də yaz.
Çoban Əfqan görmək istəmir bəyi,Nə də əlindəki boz dəyənəyi.Yoxsula da çatar haqqın köməyi,Qalmaz o da bu dünyada bimuraz.
Kitabxana.az · https://kitabxana.az/works/coban-efqan-yaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
GəlmədiGecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,