Ulu peyğəmbərim, Rəsulallahım!
Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.Dünyaya, bəşərə səadət dedin,Ulu peyğəmbərim, Rəsulallahım!
Kükrəyib daşanda bir zülüm seli,Yarandın ilahi bir haqdan, bəli,Haqqı Sən qorudun nahaqdan, bəli,Ulu peyğəmbərim, Rəsulallahım!
Bəşərə bağladın səadətini,Dünyaya bağladın məhəbbətini,Ürəkdə gizlədin yüz möhnətini,Ulu peyğəmbərim, Rəsulallahım!
Kim deyir, qılıncla müsəlman oldum,Bir haqq məşəlinə mən yanan oldum,Sənin idrakına inanan oldum,Ulu peyğəmbərim, Rəsulallahım!
Tapındım möhtəşəm “Quran”ına mən,Qəlbimi titrədən azanına mən.Əzablı ömrünün hər anına mən,Ulu peyğəmbərim, Rəsulallahım!
Büllur dənəsiydi gözlərində yaş,Əzəl sözlərinlə başlardın savaş,İnsana insandır, dedin, arxadaş,Ulu peyğəmbərim, Rəsulallahım!
“Quran”ın aləmdə bir aləm açmış,Şərqə də, Qərbə də nurunu saçmış,Kafirin gözündən yuxusu qaçmış,Ulu peyğəmbərim, Rəsulallahım!
“Quran”ın dolaşır dünya boyunca,Orada insandır, göylərdən uca.Nüzul et, nurundan zülmətlər qaça,Ulu peyğəmbərim, Rəsulallahım!
Bir ömür qırılmaz qanadım oldun,Ürəkdə dözümüm, səbatım oldun.Çətin anlarımda nicatım oldun,Ulu peyğəmbərim, Rəsulallahım!
Səninlə tanıdım Allahımı mən,O vahid, o dönməz pənahımı mən,Ona bağlamışam sabahımı mən,Ulu peyğəmbərim, Rəsulallahım!
Ehtiyac duyuruq Sənə, ehtiyac,Bir daha göylərə edəndə merac,Nəzər sal dünyaya, özün qıl əlac,Ulu peyğəmbərim, Rəsulallahım!
Bu yalan dünyada, yalan ömürdə,Daim dayağım ol qalan ömürdə,Qoy getsin yolunda, qalan ömür də,Ulu peyğəmbərim, Rəsulallahım!
Daim dayağım ol, ulu sərvərim,Yolunda çarpışım, hünər göstərim.Yapış əllərimdən, ey peyğəmbərim!Ulu peyğəmbərim, Rəsulallahım!
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-ulu-peygemberim-resulallahim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.
Mənim anamGetdin bu dünyadan həsrət, nigaran,Getdin ürəyində ayrılıq dağı.
Mən ölmərəmTəbrizdə şayiə yaymışlar ki, mən ölmüşəm*Çaylar kimi bulanma sən,
AnaBaxıram surətinə, solğundur,Baxışın qəmli, gözün dolğundur.
Başqa şairlərin şeirləri · İlahi eşq
Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
Yalvardım o gün dərziyə, tərpənsən bir!Allahı sevərsən, aşağı ensən bir!
Günah mərəzlərinin cümləsinə sənsən əlacŞəfisən, hamı aləm şəhaətə möhtac.
İstərəm görmək səni bir şəxsə imkan olmasınİstərəm görmək səni bir şəxsə imkan olmasın,Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın.