Dərdlərimi dağlara qoy deyim, dilə gəlsin,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.Elim, yurdum, vətənim dərd əlində giriftar,İnildəsin kamanım bir daha zilə gəlsin.Azadlıq həsrətində alışım nə vaxtacan,Ümid dolu ürəyim nə zaman dilə gəlsin?Şəmsiz, yazıq pərvanə, necə yaşasın, necə,Söylə, aşiftə bülbül, nə zaman gülə gəlsin?Mən vətən aşiqiyəm, onun həsrətində, ah,Qoy səsləyim, şikayət səsim bu elə gəlsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən