Tale
Tale vardır, buna inan,Bir gün acı taleyimdənMənə düşdü acı hicran.Tale məni dara saldı,Gör haradan hara saldı.Yeddi övlad anasıydıMənim anam,Beşi qaldı.Tale məniÖz tərkinə bir gün aldı,Hamısından ayrı saldı.Ayrılıqdan yanıb söndüm,Suya döndüm, oda döndüm.Bəzən dağa,Bəzən daşa,Bir ovuc torpağa döndüm.Bəzən yanan bir məşələ,Bəzən lal heykələ döndüm.Gün oldu ki, qanadlandım,Yanlarına uçum deyə,Torpağımı qucum deyə...Qəlbindən ağrılar çəkmiş,Otuz il intizar çəkmiş,Qəm soraqlı anamı da,Ağır sürgün yollarında,Boz fədai şinelində,Dərd yaraqlı atamı da,Qurtarmaqçün ehtiyacdan,Ağrılardan,İntizardanGün olub ki, taleyimlə vuruşmuşam,Vuruşaraq barışmışam,Gün oldu ki, dilsiz oldum,Səma kimi, torpaq kimi,Gün oldu ki, nəğmə dedimAyrılıqdanHəzin-həzin bulaq kimi.Gün olub ki, ümid məni yola salmış,Hər gün səhər.Yollarıma işıq saçmış,Qarşılamış hər gün axşam.Nə gizlədim,Gün olub ki, ümidsizlik alovundaBir şam kimi alışmışam.Gün olub ki, doğmaların həsrətindəGöz yaşına dönüb tamam.Buludlara çönüb tamam,Dənizlərə, gur çaylara,Ümmanlara qarışmışam.Fəqət ümid qalib gəlmiş.Ümidsizlik təslim olmuşDüşüncəmə, iradəmə,Ürəyimə.Heç bir həsrət,heç bir möhnət,heç bir kədər,heç bir zillətbatmamışdır.Ölməz arzu, diləyimə.
Baldan şirin həyatınıEl yolundaVerənləri görmüşəm mən.Səngərlərdə cəsarətlə,Dar ayaqda şəhamətləÖlənləri görmüşəm mən.Atam “öldü” qırx altıda,sürgünlərdə.Anam “öldü” o günlərdə.Düşdü həsrət yatağına,Yad torpaqda,Yad mənzildə, yad otaqda.Bir şam kimi yanıb söndü.Qəfil əsən bir küləkdənSınan bir çinara döndü.O nə dindi, nə danışdı,Talesiz atamı gəzdi.Həsrət onun ürəyini,Vurub əzdi.Yeddi il öz yatağında,Bir şam kimi söndü anam,Yavaş-yavaş,Onun həsrət ürəyinəKədər sirdaş,Ümid sirdaş,Şübhə sirdaş.Nə bilim ki, nələr oldu,Bəlkə qara gözü dolduSəhər-axşam,Bir şam kimi,Əriyərək gilə-gilə,Yoxa çıxdı bir gün tamam.Bu dərdə dözmədi bacım,Mən istəkli bacısıydım,Məndən əl üzmədi bacım.Hey gözlədi, hey ağladı,Atama da, anama da yas saxladı.
Gələr dedi bacım bir gün,Yaralara məlhəm qoyar,Həsrət gözüm bir gün doyar,Barı bacı vüsalından.ZamanBizə qənim oldu,Bacımın da ömür günü vaxtsız soldu,Pər-pər oldu.Külək qovub apardı da.Ürəyimi qopardı da.Gənc yaşında,Dərd əlindən öldü bacım.Əsdi xəzan küləkləri,Düşdü heyhatBaşımdakı ümid tacım.Bizə düşmən oldu həyat.Ürəyimdən ümid, vüsalElə bil ki,Uçub getmiş.Otuz illik ayrılıqdanElə bil ki,Arzular da qaçıb getmiş.Tutaq döndü arzularım,Tutaq getdim,Kim qarşılar orda məni,Sən ki, yoxsan.Axı sən ki, cavan idin,Niyə belə tər-tələsik,Köçdün bu qoca dünyadan.Sən həyata vurğun idin,Təbiətə heyran idin,Axı sən ki, cavan idin.Tələsdiyin nəyə gərək.Tənha qoydun məni niyə?Sinəndəki böyük ürək,Yaşatmadı səni niyə?Gözləmədin məni niyə?
Taleyimi izləmədin,Niyə məni gözləmədin,Niyə məni gözləmədin?..Tale vardır buna inan,Mən taledən yaralıyamSəhər, axşam.Tale məni dara saldı,Gör haradan hara saldı.Sən ki, görüş vəd etmişdin,Görüş vədən harda qaldı?Harda qaldı?
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-tale
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Kiminkidirİllər boyu işləyirik yalavac,Görən həddən aşan var kiminkidir?
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
به رخت چه چشم دارم که نظر دریغ داریبه رهت چه گوش دارم که خبر دریغ داری