Dağlar havalı gənclik
Ey mənim sabahım, mənim bu günüm,Ey mənə canımdan, gözümdən üstün.Elə bil işıqsan, nursan büsbütün,Ey dağlar havalı, havalı gənclik.
Gələcək ağ günlər, səadət sənin,Bu vüqar, bu sevgi, bu ülfət sənin,Həyata tükənməz məhəbbət sənin,Ey gülşən səfalı, səfalı gənclik.
Heyranam vətənə sədaqətinə,Vurğunam sarsılmaz mətanətinə,Təmiz niyyətinə, saf niyyətinə,Ellərə vəfalı, vəfalı gənclik.
Əsrlərdən bəri, illərdən bəri,Hünərin, şöhrətin dillər əzbəri.Əməyin, zəhmətin tutmuş hər yeri,Ey qartal ədalı, ədalı gənclik.
Eşikdə istəkli, evdə istəkli,Ey böyük arzulu, böyük diləkli,Ata qeyrətli ol, ana ürəkli,Bulaqlar nəvalı, nəvalı gənclik.
Qoyma ilk eşqinin gülşəni solsun,Vüsal bir mey kimi badənə dolsun.Ay da, ulduzlar da köməkçin olsun,Ey günəş ziyalı, ziyalı gənclik.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-daglar-havali-genclik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Könlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
الطرب ای شکرستان چون دم سرد در سحرگرم درآی و دم مده باده بیار و غم ببر
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
محتسب با ساغر می گر مرا سر بشکندبا کم از سر نیست ز آن ترسم که ساغر بشکند