Sən ey şerim, darıxma gəl,Məndən sonraSən yenə də qalacaqsan.Məndən sonraSən ellərə,Bir də duyan könüllərəYenə həmdəm olacaqsan.Cavan aşiq öz sazındaSəni yenə çalacaqdır.

Ürəklərdə, diləklərdəSənin yerin olacaqdır.

Sən ey şerim, darıxma gəl,Hicran sənin yollarındanDuman kimi uçacaqdır.Sənin əlinKönüllərinQapısını açacaqdır.Sən ey şerim, darıxma gəl,Sən vüqarla yaşamısan,Yenə yaşa.Qürur ilə, mətanətlə dolanmısan,Vur ömrünü belə başa.

Şəlalətək qalacaqdırBu dünyada sənin səsin.Öz ətrin var, öz görkəmin,Öz istəyin, öz nəfəsin.

Bəzən yanar od olmusan,Bəzən sular kimi dalğın.Bəzən bahar kimi kövrək,Bəzən payız kimi dolğun.

Bəzən günəş, bəzən bulud,Bəzən bir ney nəvalısan.Son ki, dağlar havalısan,Gəl hicran dərdini unut.

Dağ havalı, dağ küləkli,El arzulu, el diləkli.Bəzən kövrək, bəzən coşqun,Bəzən oynaq, bəzən dalğın.Yarandığın o ilk gündən,Həmdəmisən sən bir elin,Sən bir xalqın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən