Qəsr qurdum arzulardanSəhər-axşam.Külək oldu, qopdu tufan,Boran oldu.Ürək coşdu dərya kimi,Göz yaşlarım ümman oldu.Heç bilmədim, qəsrim nə vaxt,Necə, harda viran oldu.Olum-ölüm vuruşları,Qarşıdadır mübarizə.

Yenə qonaq gələcəkdirGörüş bizə,Vüsal bizə.Arzulardan, əməllərdənYeni qəsr qurum gərək,Döyün, susma, döyün ürək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri