Sən o tayda,Mən bu tayda,Körpüsüzdür dərin çay da.Çağırıram hey, nə faydaSənə səsim, ünüm yetməz.

Ağlar söyüd bu sahildə,Yarpaq açar, tökər ildə.Adın alovlanır dildə,Od üstündə çiçək bitməz.

Göy guruldar, şimşək çaxar,Selləri gözümdən axar,Gəldi yenə gözəl bahar,Gül solubdur, bülbül ötməz.

Çağırıram ey!.. gidi dünya!Qəmin məni yedi, dünya.Bu etdiyin nədi, dünya!Belə qalmaz,Belə getməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar