Keçən il doğulubdur,Bu il ana olubdur,Süd verir balasına,Tükləri alasına.Yalayır birisini,Birinin dərisiniAramsız sığallayır,Onları dişlərindəGəzdirir, yer arayır.Bir isti bucaq olsun,Yerləri yumşaq olsun.Neyləsin, o anadır,Dünya ona bir yana,Balalar bir yanadır.

Analıq duyğusunuÖz kefinə satanlarDoğub, balalarınıQapılara atanlar –Ey insan övladları!Sizdə pişiklər qədərDuyğu olaydı barı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri