Ölkə-ölkə
Ey dünya şöhrətli mərdim!Yüklənib el-vətən dərdin:Sən neçə bulud örpəkli,Qar örtüklü, buz bələkliNeçə-neçə qışlı-yaylı,Dəli tufanlar haraylı,Dağ zirvələri aşırsan,Çılğın ümmanlar keçirsən?Qaçqınını, köçkününü –Görmək üçün şən, bəxtiyarDolaşırsan ölkə-ölkə,Diyar-diyar...Üzündəki yorğunluğaİşıq saçır:Geniş alnındakı vüqar.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-olke-olke
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Vətənimdir(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
AzərbaycanQabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;