Anam yuxuma gəlmir
Anam yuxuma gəlmirGörən nə günahım var?
Bacım yuxuma gəlmirDilimdə min ahım var.
Anam yuxuma gəlmir,Bilmir ona sözüm var.Dərdim başımdan aşıb,Fikirlərim dolaşıb...
Nənəm yuxuma gəlmir,Bəlkə halımı bilmir.
Babam yuxuma gəlmir,Allah, sən saxla, Allah!
Harda etmişəm günah -Ki, ruhlar məndən qaçıb?Onları öz canındanArtıq sevəndən qaçıb.
Yarəb, günahım varsa,Bağışla bu bəndəni.O ruhlardan ayırma,İki dünyada məni!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-anam-yuxuma-gelmir
← → düymələri ilə keçid, R — təsadüfi şeir