Vətən qəhrəmanları
Bir canım var sizə qurban,Azərbaycan oğulları!Mərdliyi unutmur dövran,Mərd keçdiz qanlı yolları,Ay vətən qəhrəmanları!Düşmən yurdda yurd salmasın,Yurdlar düşmənə qalmasın,Vətən oğulsuz olmasın!Azərbaycan aslanları!
Hər ölkədə adımız var,Hər ocaqda odumuz var,Nəbimiz, Fərhadımız var,Tarix unutmur onları.
İsrafilim ilk ad aldı,Mehdim dünyaya səs saldı,Gəray öldü, adı qaldı,Axdı xalqlarçün qanları.
Od yurdunun Ziyası var,Qələmilə sirlər açar,Mənə səs versin insanlar!Yazaq dostluq dastanları.Adım şair, özüm anaMən yazıram yana-yana...Qan salanı düşsün qana,Qana saldı cavanları.Bir canım var sizə qurban,Azərbaycan oğlanları!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-veten-qehremanlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir