“Ay bülbüllər” nəğməsini dinlərkən
Soyuq əsdi isti yellər,Tufan qopdu, axdı sellər,Xəzan oldu cəmi güllərAy bülbüllər!
Ömür fani, biz köçəri,Dərdimi saldım içəri.Soldu könlüm qönçələriXəzan oldu cəmi güllər,Ay bülbüllər!
Köçkün oldu bizim ellər,Susdu o nəğməli dillər,Gülzarıma əsdi yellərXəzan oldu cəmi güllər,Ay bülbüllər!
Ağlayıb məni az ağlat!Az dərdini dərdimə qat!Verdiyini aldı həyatXəzan oldu cəmi güllərAy bülbüllər!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-ay-bulbuller-negmesini-dinlerken
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
– Bulaq, gözəl bulaq, belə axıb sən– Bulaq, gözəl bulaq, belə axıb sənSöylə, bu dağlardan hara gedirsən?