Nənəmiz, babamız yurd salan yerdəDolaşmaq qismətim olarmı bir də?Çaxan şimşəklərdən od ala canım,Burda bir il keçir mənim hər anım.

Başımın üstünü kəsibdir azar,Görək bundan sonra tale nə yazar?

Hüseyn, dağlara yolun düşəndə,Dağlar məni səndən xəbər aldımı?Ürəyim titrəyir dağlar deyəndə.Görəsən, görüşə güman qaldımı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale