Nəticəm bir yaşlı Cavada

Dedik: – Hələ tezdir!İnadla gəldin,Uçdun bu dünyayaQanadla gəldin.Üzün-süd qaymağı,Xilqətin-mələkBəxşeyiş verirəmSöylədi fələkBu tifli sizə.Doğdun günəş kimiTaleyimizə.Üzü gül,Dodağı gülüşlüm mənim!Ay xumar baxışlım,Süd dişlim mənim!Səsin-musiqidir,Nəfəsin – ətir.Evimizdə körpəBir bülbül ötür.Gəl qoca köksümə,Laylanı çalım,Başına dolanım,Dərdini alım!Gəl, körpə əllərinSaçımı yolsun,Sakit otağımaQəhqəhən dolsun,

Parlaq gözlərindəAğıl işığı,İnsan ağlı açırHər dolaşığıXalqına oğul ol,Anana dayaqGözləri ay ağıl işıqlı UŞAQ!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri