Abşeronun əjdahası küləklər hərdənOyananda nəriltisi dağları dəlir.Elə bil ki, qisas alır o yerdən, göydənBağ-bağçaya divan tutub sonra dincəlir.

Axır yerdə qırçın-qırçın qum ləpələri,Qum yeriyir... Dümdüz olur qum təpələri,Qum altında qalır evlər, uca hasarlar,Bağ-bağçalar, qarağaclar, boyu çinarlar.

Soyuyanda bu vəhşinin qəzəbi, kini,Yorğun torpaq, yorğun dəniz alır dincini.Yaralanmış yarpaqları sığallayır gün.Dalır dərin bir sükuta hər yan büsbütün...

İnsanlar da çıxır yenə bağa, bostana,Haldan düşmüş ağacları gətirsin cana.Qış tufanla, yay qızmarla durur üz-üzə,Yüzillərlə davam edir bu mübarizə.

Abşeronun adamları qızğın kürədəƏridilmiş, bərk döyülmüş dəmirə bənzər,Tufanlara qalib gəlib, buna görə dəTorpağını təzə-təzə bağlarla bəzər.

Tezlik ilə Xəzrinin də, qarayelin dəQanadları bükülücək onun əlində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar