Qurtardın bölümdən Azərbaycanı
Torpağa tökülənBircə damla qanBahadır dünyanınSultanlığından.Sədi Şirazi
Başın göyə dayaqdır,Ayağın yerə.Gərib dağ sinəni sərt zərbələrəÇiyinlərin üstə vətən torpağı,Torpaqdan güc aldın “Antey”sayağı,Qoymadın tökülsün sən qardaş qanı.Qurtardın bölümdən Azərbaycanı!Sən ey ağlı ümman,Ürəyi incə!Sən həyat bəxş etdin minlərlə gəncə.Açıb xəyanətin sən iç üzünü,Silməkçün torpaqdan bu qan iziniÇağırdın, səs verdi sənə millətin.Xalqı məğlub etmək çətindir, çətin!
Bu şeir 1994-1995-ci illərdədaxildəki çevrilişcəhdləri vaxtı yazılıb.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-qurtardin-bolumden-azerbaycani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır