Xalq malını yeyənlərinÖz malını talan gördük.

Mənəm-mənəm deyənlərinSon gününü yaman gördük.

Vəzifəyə gələnlərinÇoxunu can alan gördük.

Xalqa sadiq aqillərinDövrəsində ilan gördük.

Andı millət olanlarınƏllərində hey... qan gördük.

Bu azadlıq illəriyçünBiz nə qədər qurban verdik.

Küt baxışlar, soyuq üzlər,Biz çox qanlı dövran gördük.

Bu azadlıq günləriyçünQırıldıq, qanlara batdıq,Heyiflər ki, bu günlərəÇoxlarımızƏlləri əsalı çatdıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən