Ağlar qalan Göyçə gölüm
Ağlar qalan Göyçə gölümSən ağlama, mən ağlaram!Ay didərgin düşən elim!Sən ağlama, mən ağlaram!
Göyçənin qarlı dağları,Buz bulaqlı yaylaqları,Qocaları, uşaqlarıSən ağlama, mən ağlaram!
Tərlan yurdu qaldı sara,Sinəmdə göynəyir yara,Həsrət gözüm o dağlaraSən ağlama! Mən ağlaram!
Hanı bizim Sultan bəylər?Bir nərəsi ordu əylər.Göyçə üstə dolan göylərSən ağlama! Mən ağlaram!
Kəsilmişəm dilim-dilim,Bölünübdür obam, elim,“Sevan” olan Göyçə gölümSən ağlama, mən ağlaram!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-aglar-qalan-goyce-golum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Mənim düşkün könlüm sizdən eləyirBu fərz olan təmənnanı, cavanlar.
Dal əyər-əyərDiqqətindən nəzər yetir sərasər,Gələrsə təcnisə, dal əyər-əyər.
On beş ilBəlkə məni nəzərindən salan var,Yada salmaz üç il, beş il, on beş il.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.