Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.Sənin öz dövlətin, öz millətin, öz cəddin varVətən uğrunda ölənlər ölümündən doğular.Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyikBiz Vətən naminə ölsək, dirilərdən diriyik.Mənim öz ulduzumu bağrına basmış hilalım,Dedi öndər: "Yönü bayraqdakı üç rəngdən alım"Sən bu gül bayrağın altında məramınca yaşa,Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,Günəş hər gün doğur ancaq içimizdən Vətənə.Bizim iqbalımızı yazdı qılıncın kəsəri,Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,Ər oğullar, ər igidlər, kişi - qızlar Vətəni,Sənin haqqındır azadlıq, sənin eşqindir iman,Tapmar haqqa və insanlığa haqqdan doğulan.Bəşərin dərdini öz dərdi bilib millətimiz.Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.Gecələr yatmadan əvvəl sor özündən ki:"Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən