Zirvədən baxanlar
Qanadlar qaldırdı sizi zirvəyə,Az qaldı başınız buluda dəyə,
Zirvədən aşağı salanda nəzər,Sizə dayaz gəldi dərin dərələr.Kiçildi elə bil geniş düzənlər.Nöqtəyə döndülər nəzərinizdəCansız torpaqlara həyat verənlər.Xalqın adı ilə qalxıb zirvəyə,Xalqı unutdunuz xalq deyə-deyə.Zirvəyə qalxdıqca qartallaşdınız,Əllər caynaq olub, gözlər deşdiniz.İllərlə siz xalqın qanın içdiniz.Xalq! Dediz zirvədən düşəndə yenə,Xalqa sığındınız siz dönə-dönə,Xalqı çağırdınız köməyinizə,Haram olsun xalqın çörəyi sizə!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-zirveden-baxanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Ağ şanı, qara şanıSənə bərabər hanı?
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
OğulBu sözüm əfsanə yox, yalnız həqiqətdir, oğul,Millətə namusla xidmət, bir səadətdir, oğul...
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!