Göyərməz qovrulmuş buğda,Bar verməz bağbansız bağ da.Səhrada tək qalmış dağ daEnə-enə təpələnər.

Ovulsa qayanın döşü,Alçalar onun da başı,Dönüb olar çınqıl daşıDərələrə səpələnər.

Tufanlar döysə sinəni,Dağım! Təpə görsəm səni,Xəzan vursa bu gülşəniGöz yaşlarım ləpələnər,Yer üzünə səpələnər.

Hər damladan bir qanlı gülAçar orda fəsil-fəsil.Qəzəbimdən od ələnər,Qəsbkarın torpağınaSəpələnər, səpələnər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar