Heydərbaba, Şəhriyarın necə oldu?
Heydərbaba, Şəhriyarın necə oldu?Niyə dövran xalqımızla gec oldu?Ayrılmazdıq, iki yandan güc oldu.Paralanmış torpaq ağlar, el ağlar.
Yaman olur dərd ürəyi oyanda,Biz bu yanda ağlarıq, siz o yanda.Sənətkarı el məzara qoyanda,İnsan nədir, kürək ağlar, bel ağlar.
Ürəyimdə neçə dərdin dağı var,Günlərimin qarası var, ağı var.Şəhriyarın necə oldu, a dağlar?Bu ölümə göy kişnəyər, sel ağlar.
Heydərbaba, Şəhriyarın necə oldu,O şöhrətin, o vüqarın necə oldu?Özü demiş, “görüşmədik, gec oldu”Bülbül öldü, gülüstanda gül ağlar.
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-heyderbaba-sehriyarin-nece-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
GörəydimGərdiş hərlənəydi, çarx dolanaydı,Gedib bir də yar ovlağı görəydim.
Sərü hər muydə min aşiqi nalanın varSərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.
SalatınAğ köynəyə min cür çeşni vurubsan,Heyranam əlində milə, Salatın.