Şairə Mədinə Gülgünün əziz xatirəsinə

Ağaclar bağlayıb puçur,Alçalar ağ çiçək açır,Durnalar Təbrizə uçur,Ölmə, Mədinə, amandı!Şairə ölüm yaraşmaz,Yaraşmaz, gülüm, yaraşmaz!Şair eldən ayrı düşməz,Ölmə, Mədinə, amandı!

Dumandır dağlar tək başı,Eli qərq edən göz yaşı,Tək qoyub getmə Balaşı,Ölmə, Mədinə, amandı!

Dur novruz süfrəni bəzə,Misraları düzə-düzə,Dur gedək doğma Təbrizə,Ölmə, Mədinə, amandı!

Aç gözünü, belə yatma,Oğul-uşağı ağlatma,Ulduz kimi doğdun, batma!Ölmə, Mədinə, amandı!

Ey qəlbi həsrətlə dolu,Təbrizin açıldı yolu,Ölmə deyir Azəroğlu!Ölmə, Mədinə, amandı!Ölmə, Mədinə, amandı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən