Dünya şöhrətli onkoloq cərrahƏhliman Əmiraslanova ithaf

Nə adi insansan, nə adi cərrah,Səni mələklərin qanadlarındaXilaskar göndərib bizimçün Allah.Adi əl deyildir sənin əlin də;Bu əl insanları vaxtsız ölümdənQurtaran əldir.Ey alim!Ey ustad! Neçə on ildirXilaskar tanıyır səni çox eldəÖlümün cəngindən çəkib aldığınYazıq insanlar.Kim bilir: bəlkə də neçə ölkədəYenə də yolunu gözləyənlər var.Qadın olmasaydım tutub əlindənAmansız ölümün gözünü tökənMən o barmaqları öpərdim bir-bir.Onların zərbilə mənsiz qapandıBakıda adıma yazılan qəbir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm