Eşqin, həvəsin qalmasa canda,Bezsən yaşamaqdan bu cahanda.

Duysan ki vücudunda mərəz var,Görsən ki xəyalında qərəz var.

Sansan ki ölüm vaxtı gəlibdir,Bilsən ki əcəl ömrü dəlibdir.

Aləm yıxılır üstünə sanki,Bir an bunu xatırlayasan ki:

“Haqqdan sənə can olmuş əmanət,Etmək ona layiqmi xəyanət?!.”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm