Oğlum üçün
Ruhumda bir üsyan duyaram hər zaman, oğlum!Könlümdə qalan həsrətimi duy, aman, oğlum!Mən qəhrəman olmaq dilədim, olmadım ancaq!Ancaq səni görmək dilərəm qəhrəman, oğlum!Ah, qəhrəman olmaq, igid olmaq nə gözəl şey,Yurd eşqinə bir gün şəhid olmaq nə gözəl şey!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-oglum-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Varlıq öz sirrini saxlar özündə,Yoxluq bir sınaqdır insan gözündə.
QucaqlaşmalıDərddən uzaq insandan uzaqlaşmalı insan,Dərd anlayan insanla qucaqlaşmalı insan.
Sevməyən kimsəSevməyən kimsə nədir qüssə, nə anlar, gözəlim,Qüssə nə anlamayan kimsə nə anlar, gözəlim?!
Gərəkdirİdmançı deyil əldə oyuncaq,İdmançı cavan yaşda gərəkdir.
Başqa şairlərin şeirləri
Yaltaqdan «şair» olar,Şairdən yaltaqdan olmaz,
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada