Yaltaqdan şair olmaz
Yaltaqdan «şair» olar,Şairdən yaltaqdan olmaz,Şairin qürurunuHeç nəylə almaq olmaz...Oyuncaqdır əllərdəYenə bəzi yazarlar,Əsl şair heç zamanƏldə oyuncaq olmaz...Məddahlardır yenə dəƏl-ayağa dolaşan.Onları nə ki yazar,Heç insan saymaq olmaz...Kişiklikdir şairinÖmrü, yolu, amalı,Qorxaqların sözünə,Şerinə uymaq olmaz...Ürəyi sapdan incə,
İradəsi poladdan.Şair tək müdrik insan,Şair tək uşaq olmaz...Bütün şahlar, xaqanlarBaş əyiblər şairəŞair əyildi, ondanXalqına dayaq olmaz...Şahsız da keçinərik,Bəysiz də dolanarıq,Füzulisiz, SabirsizFəqət yaşamaq olmaz.Şairi yalnız millətMühakimə eləyər,Ayrı yerdə şairinMəhkəməsi baxılmaz...
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-yaltaqdan-sair-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Canım kəklik gözüm kəklikYerişin yarıma bənzər
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Ey məhrəmi-pərdeyi-hərimi-hərəmeynEy məhrəmi-pərdeyi-hərimi-hərəmeyn,Vay, sahibi-me’raci-rəsuli-səqəleyn,
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.