Çıxmaq istərəm
Yoxluğun sonu yox, varlıq sonludur,Bir yanı torpaqdır, bir yanı sudur.
Torpağın sonu var, suyun sahili,Sahilsiz könlümün budur nisgili.
Qanadlı bir atın üstə atlanıb,Coşub, genişlənib, kainatlanıb.
Sağ əlimdə Günəş, sol əlimdə Ay,Qarşımda uldazlar açıla lay-lay.
Göydə şimşək kimi çaxmaq istərəm,Zamandan dışarı çıxmaq istərəm...
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-cixmaq-isterem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gətirdin
Ay oğul, yolunu çox gözləmişdik,Atana, anana şəfa gətirdin.
Dərmə bu çiçəyiDərmə bu çiçəyi, dərmə, ay qızım,Çox da ki oxşayıb, qoxlayacaqsan.
QıratCanlılar içində tarixə düşmüşYeganə canlı var, o da Qıratdır.
İçdən səslərYurdumun bağlarının gülləridir ilmələrim,Dədə Qorqud qopuzundan ucalır nəğmələrim.