Dərmə bu çiçəyi, dərmə, ay qızım,Çox da ki oxşayıb, qoxlayacaqsan.

Tutalım, aparıb güldana qoydun,Sən onu nə qədər saxlayacaqsan?!

Bir sabah qarşında solan çiçəyinDərdiylə hər gecə yuxlayacaqsan.

Dərmə bu çiçəyi, dəymə, ay qızım,Sən özün özünü oxlayacaqsan...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri