Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqə,Şaxi-Tuba qədünə şəm’i-şəbistan sədəqə.
Gözlərin ağü qarasinə şəbü ruz fəda,Ləblərün höqqəsinə çeşmeyi-heyvan sədəqə.
Güli-rüxsarına yüz cani-girami qurban,Çeşmi-bimarına min dideyi-giryan sədəqə.
Natəvan düşgəli sən, ey güli-bustani-İrəm,Çevrilib başuna hər dəm verürəm can sədəqə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Zülfü rüxsarün içün Kişvəriyi-xəstə kimi,Kafiri mö’min edər küfr ilə iman sədəqə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-yuzun-gulsenine-rovzeyi-rizvan-sedeqe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşq əlindən tabi-cani-natəvanım qalmadı,Necə pünhan saxlayam dərdüni canım qalmadı.
Səndən ayru ölməgim guya ki, təqdir olmadıSəndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.
Bəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusiBəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusi,Nə könül pərvası qaldı məndə, nə can qayğusi.
Bir bəladur taki, geydün görtəyi-nilufəriBir bəladur taki, geydün görtəyi-nilufəri,Bir bəla daxı başında gəzdirdi mə’cəri.
Başqa şairlərin şeirləri
Qırlarda ney səsiylə başlayır axşam,Dalar maviliklərə saralan əngin.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Olsan qoca, bir yerdə bizi kim saxlar?Qəmlər dolu evlərdə bizi kim saxlar?