Səndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.

Yarəb, ol əğyar ilən var mocibi-bədnamlıq,Necə bir qıldım nəsihət yarə tədbir olmadı.

Zülfün ilə bağla könlümni ki, qaçar xəlqdən,Tilbənün boynunda gər bir ləhzə zəncir olmadı.

Keçmədi bir dəm ki, yüzüm üzrə müjgan bükmədən,Bu mənim dudi-dilim qan birlə təhrir olmadı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Kim ki, baxdı səndən ayru Kişvərinin yüzinə,Bildi kim, halı nədür möhtaci-təqrir olmadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq