Qıldı çün möhkəm qəza eşqin bilə peyvəndimi,Şad qıl sən daxı bir dəm cani-naxərsəndəmi.

Keçməzəm səndən məni pərkənd-pərkənd etsələr,Qoysalar hər bir yolun üstündə bir pərkəndəmi.

Əhdü sövkəndim budur kim, yarsız qalmay diri,Ya ilahi, pozmagil bu əhd ilə peyvəndimi.

Çeşmi giryan, bağrı büryan, işi əfğan ruzü şəb,İstərəm mən bir möhnətkeş itin fərzəndimi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Noldu axır, bir degil qul Kişvəri, halın nədür,Həmzəbani-mərdümi yox bulsa nani-kəndümi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri