Şəm’ tək könlüm yanar yüzin görüb cananənin
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şəm’ tək könlüm yanar yüzin görüb cananənin,Şəm’idən hasil həmin yanmaqdurur pərvanənin.
Dil uzatdı həlqeyi-zülfi-pərişanın sarı,Şax-şax anın içün boldi zəbani şanənin.
Pəs ki qan səpdi gözüm hər yan dərü divarinə,Şərmisarəm yüzidən bu külbeyi-viranənin.
Sən gedəndən bərlü çeşmim xanəyi-tarik irür,Lacərəm yanmaz çirağı heç əyasız xanənin.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri iki cahan nəqdün verür vəslin içün,Gərçi yoxdur qiyməti sən gövhəri-yekdanənin.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sem-tek-konlum-yanar-yuzin-gorub-cananenin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey səfayi-sübhdəm, sübh visalın sədqəsi,Pərtövi-şəm’i-fələk şəm’i-cəmalın sədqəsi.
Ey nihali-sərv, sərvi-qamətin şərməndəsiEy nihali-sərv, sərvi-qamətin şərməndəsi,Abi-heyvan çeşməsi, şirin dodağın sədqəsi.
Rahətim yoxdur mənim, ol rahəti-can barğalıRahətim yoxdur mənim, ol rahəti-can barğalı,Qalubəm bican mən, dilxəstə canan barğalı.
Bivəfasan, gərçi səndən dilrüba yoxdur kişiBivəfasan, gərçi səndən dilrüba yoxdur kişi,Dilrübalar içrə səndən bivəfa yoxdur kişi.
Başqa şairlərin şeirləri · Eşq
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Yar aşiqi həsrət çəkərYar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
RomansMəcnun məhəbbəti qalar kölgədəBizim eşqimizin sözü düşəndə.