Ol kim, öldürdi məni cövrilə bidadi anun,Munisə-şəbhayi-tarimdür mənim yadi anun.

Kimsədən sorman xəbər yüz yil əgər görmən anı,Rəşkdən kim, olmaya heç kim bilə adi anun.

Külbeyi-əhzan yıxılsa başıma irməz əcəb,Bəs ki, ğəm çəkdi gözümdən bixü bünyadi anun.

Kimə kim, çeşmin işarət qılsa, ğəmzən öldürür,Ey gözün sərdari-hüsnü ğəmzə cəlladi anun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gül yüzün devrində xəttin kim, oxur qul Kişvəri,Nameyi-ə’malıdur, ya xətti-azadi anun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm