Ey dəhanın püstəvi lə’li-ləbin innab tək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey dəhanın püstəvi lə’li-ləbin innab tək,Qamətin sərvü yüzün xurşidi-aləmtab tək.
Saru don içində açılmış cəmalın gül kimi,Zəfər anzar içrə etmiş laleyi-sirab tək.
Görgəli hüsnün bolubdur pərdeyi-dil çak-çak,Əski kətanə toxatmış pərtövi-məhtab tək.
Bir vərəqdür çöhreyi-zərdim ləbaləb dərdi-dil,Əşki-şəngərfi ana hər yan çəkilmiş bab tək.Navəkin peykanləridür oda yanmış könlümə,Pənbə birlə xəstə ağzına tökərlər ab tək.
Ey gözüm, xali dəgül bir dəm cigərxun Kişvəri,Bir qurusa bir dökülür gözləri dolab tək.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-ey-dehanin-pustevi-le-li-lebin-innab-tek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey sənəm, açgil yüzündən zülfi-ənbərbarını,Qoymagil müshəf yüzinə daxı bu zünnarını.
Gözlərim qandur ləbaləb yardan ayrılğalıGözlərim qandur ləbaləb yardan ayrılğalı,Natəvanəm ol gözü timardan ayrılğalı.
Sən vəfasız yar ilən yar olmasaydım kaş kiSən vəfasız yar ilən yar olmasaydım kaş ki;Ya ğəmü dərdin bilə alışmasaydım kaş ki.
Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəkiYoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki,Qıl mana busəyi-kərəm Tanrı içün cəki-cəki.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Kənzül-həqayiq, fəsil 21به صورت آدمی کرده است نقاشاگر مردی به معنی آدمی باش
Xalq mahnısıSonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.