Baxışında var nəzər ol nərgisi-pürxabnin,Xeyrli baxış dəgül qoyun saru qəssabnin.

Doldu bağrım qanıdan könlüm könüldən, gözlərüm,Necə kim, biri tökər, biri dolar dolabnin.

Sirri-hüsnün dedi gülşəndə səba andin dürürKim, qızarıb infiali var güli-sirabnin.

Nazpərvər bolma kim, qədri həqiqət kuyidəƏtləsi-şahidən artuxdur biri maşabnin.

Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi;Gizlü qalmaz nuri çün xurşidi-aləmtabnin.

Qıldı hüsnün pərtövi xaki tənimni çak-çak,Xasiyyət budur kətanə pərtövi mətabnin.

Məqtə — şairin təxəllüsü olan son beyt. Yari bildi Kişvərilən müddəinin sidqini,Zahir oldu sirri çün yüzi qara qüllabnin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar