Ey sənəm, açgil yüzündən zülfi-ənbərbarını,Qoymagil müshəf yüzinə daxı bu zünnarını.

Ey sana bir yüzi dağlu bəndəyi-fərmandurur,Almışam bu babdə yüz qatilə iqrarını.

Xəstəəm çeşmün kimi, ey nari-pestan dilbərin,Nola gər bir sib ilən sorasan mən bimarını.

Sögmək olmaz, dögmək olmaz, tərkidür namərdlik,Bir bəladur, neyləsün kişi vəfasız yarını.

Gögdən enib dutsa kuyində vətən irməz əcəb,Görsə Ruhullah anun şirin ləbü göftarını.Eşq əhlinin qanıdəndur kim, boyattı ruzigar,Vadiyi-hicranlara zağü zəğən minqarını.

Ey yüzi andan cüda qaldı cigərxun Kişvəri,Tale’i-bərgəştəni gör bəxti-nahəmvarını.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq