Bahar oldivü açıldı çəmən gögçəklərin baği
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bahar oldivü açıldı çəmən gögçəklərin baği,Qucaqlaşdı gülü sünbül, dodağlaşdı meyü saqi.
Gəl, ey saqi, qədəh vergil, bu söhbətni qənimət bilKi, bəllüdür nə qalubdur bu fani ömürdən baqi.
Nə xülqi-hüsnüdür yarəb ki, ol ayə xuda vermiş,Pəridən hüsni artuqdur, mələkdən ğalib əxlaqi.
Vətəndən, ey diriğa kim, məni avvarə qıldılar,Siyəh çeşmani-Kəşmiri, güləndamani-Qıpçaqi.
Ğəmin aldı qərarü səbrü aramim yenə, vəh kim,Mənim evimdə ğarətdür, görünməz eldə heç baqi.
Ləbin üzrə xəti-səbzin bitəndən bərlü bağ içrə,Yürəgi təhbətəh-qandur, açılsa ğönçə ovraqi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qızardı Kişvərinin yüzi xuni-dil bilə, leykin,Qara xalın xəyalında qarardı gözləri aqi.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-bahar-oldivu-acildi-cemen-gogceklerin-bagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.
Eşigində düşmişəm hər gecə daşə yastanıbEşigində düşmişəm hər gecə daşə yastanıb,Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.
Vəh ki, bir namehriban dildarı sevdim aqibətVəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.
Ləbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətLəbin şagirdidür xalın, yazıbdır xaməyi-qüdrətCəmalun səfhəsində kim, anın ustadinə rəhmət.