Vəh ki, bir namehriban dildarı sevdim aqibət,Munca gəzdüm, bir vəfasız yarı sevdim aqibət.

Xublar çox gördüm, əmma Tanrının təqdiridən,Rəhmsiz bir kafiri-xunxarı sevdim aqibət.

Bu cahan bağında köp xari-cəfa çəkdim, vəliBir xuraman sərvü gülrüxsarı sevdim aqibət.

Bir pərinin saçı sevdası düşübdür başıma,Tərk edib təsbihivü, zünnarı sevdim aqibət.

Məqtə — şairin təxəllüsü olan son beyt. Həsrətindən oda yanduğı içün qul Kişvəri,Ol səbəbdən çün səməndər narı sevdim aqibət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq