Kami-hasil bolmaz irmiş xidməti-namərd ilən,Üştə bağrım nafə tək qan bağladı bu dərd ilən.

Şireyi-can birlə verdim pərvəriş bir nəxlə kim,Meyvəsi daği-bəladur cani-ğəmpərvərd ilən.

Hüsni-bürcündə sənün tək görmədim bir mahi-nov,Necə gəzdüm zərrə tək xurşidi-aləmgərd ilən.

Ol ki, gərm etdi səni mən xəstədil azarinə,Yıxmayım namərdəm anı tiri-ahi-sərd ilən.

Gözlərim suyini mujgan birlə bolmaz bağlamaq,Seyl xaçan bağlanur xaşaki-abavərd ilən.

Tə’n edər, ey gül, mana hər kim görür mən bülbüli,Bu ləbi-xüşkü sirişki-sörxü avi-zərd ilən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xidməti-mərdan qılıbtur Kişvəri, bilməz kim,Kami-hasil bolmaz irmiş xidməti-namərd ilən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar